Məhkəmə qərarları › İş №e-2(051)-11/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-11/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-11/2025 04.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı BOKT QSC-nin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli M- 085-AZN saylı müqavilə üzrə 1496,64 manat əsas borc, 471,93 manat faiz borcu olmaqla, cəmi 1968,57 manat borcun, habelə xx.xx.2014-cü il tarixli M-15-AZN saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2036,54 manat əsas borc, 650,36 manat faiz borcu olmaqla, cəmi 2686,9 manat borcun tutulmasını, hər iki müqavilə üzrə 3533,18 manat əsas borc, 1122,29 manat faiz borcu olmaqla, ümumilikdə 4655,47 manat borcun və ödənilmiş 66,55 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSCyə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı “sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı xx.xx.2013-ci il tarixli İ-085-AZN saylı kredit müqaviləsi üzrə 1496,64 manat əsas borc, 471,93 manat faiz borcu olmaqla, cəmi 1968,57 manat məbləğində və xx.xx.2014-cü il tarixli M-15-AZN saylı kredit müqaviləsi üzrə 2036 manat əsas borc, 650,36 manat faiz borcu, cəmi 2686,9 manat borc, ümumilikdə isə 4655,47 manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017ci il tarixli S-FK-MİN-135saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ötürülmüşdür. "xxxx" ASC-nin Mingəcevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli M-085-AZN saylı müqaviləyə əsasən 24 ay müddətinə illik 24 %-lə 2600 manat və 07 mart 2014-cü il tarixli M-15-AZN kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 24-%-lə 3000 manat kredit verilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh2 arasında 07 mart 2014-cü il tarixli zaminlik haqqında razılıq bağlanmışdır. Kredit müqavilələrinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqavilələrinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 xx.xx.2013-cü il tarixli M-085-AZN saylı müqaviləyə əsasən iddiaçıya olan ödənilməmiş borcu 1496,64 manat əsas borc, 471,93 manat faiz borcu olmaqla, cəmi borcu 1968,57 manat, xx.xx.2014-cü il tarixli M-15-AZN saylı kredit müqaviləsi üzrə əsas borcu 2036,54 manat, faiz borcu 650,36 manat faiz borcu olmaqla, cəmi borcu 2686,90 manat, hər iki müqavilə üzrə əsas borcu 3533,18 manat faiz borcu 1122,29 manat, ümumilikdə 4655,47 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək, iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməklə rədd edilməsi ilə bağlı ərizə verdiyini, iddianın təmin edilməməsini xahiş etmişdir. İşdə olan sübutlar: xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx"nın Mingəçevir filialından 2540 manat məbləğində pul götürmüşdür. xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx"nın Mingəçevir filialından 2944 manat məbləğində pul götürmüşdür. "xxxx" ASC-dən İddiaçı QSC BOKT-a xx.xx.2017-ci il tarixli S-FK-MİN-135 saylı aktla təhvil verilmiş Cavabdeh1 kredit borcunun xx.xx.2021-ci il tarixə olan vəziyyəti barədə məlumatdan görünür ki, İ-085-AZN saylı, xx.xx.2013-cü il tarixli müqavilə üzrə əsas borc 1496,64 manat, faiz borcu 471,93 manat olmaqla, cəmi 1968,57 manat, M-15-AZN saylı, xx.xx.2014-cü il tarixli müqavilə üzrə əsas borc 2036,54 manat, faiz borcu 650,36 manat olmaqla, cəmi 2686,9 manatdır. Ümumilikdə hər iki müqavilə üzrə borc 4655.47 manatdır. xx.xx.2013-cü il tarixli İ-085-AZN saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx"ndan xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci ilədək 24 ay müddətinə illik faiz dərəcəsi 24 % olmaqla 2600 manat məbləğində kredit götürmüşdür. xx.xx.2014-cü il tarixli M-15-AZN saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx"ndan xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci ilədək 36 ay müddətinə illik faiz dərəcəsi 24 % olmaqla 3000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2014-cü il tarixli zaminlik haqqında razılıq müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqavilə üzrə öhdəliklərinin məsuliyyətini daşımağı öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 2986 və 2987 №li bank tərəfindən Cavabdeh1 və onun zamini Cavabdeh2 göndərilmiş bildirişlərin surətlərindən görünür ki, onlar, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikləri üçün borcun olması və 10 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 07- ŞUT-169 nömrəli kredit müqaviləsi üzrə X3 xx.xx.2024-cü il tarixə 2071,48 manat əsas, 7,54 manat faiz borcu olmaqla, cəmi borcu 2079,02 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ********* №li mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 66,55 manat dövlət rüsumunu ödəmişdir. AZ-İİ 143765 №li xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüş, xx.xx.2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1008 № ilə qeyd edilmişdir. Mİngəçevir Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(051)-11/2025 saylı qərardadı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasına əsasən mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməsi qərara alınmışdır. İşin müəyyən olunmuş halı: Bank Cavabdeh1 ilə iki dəfə kredit müqaviləsi bağlamışdır. Birinci müqavilə 21 iyun 2013-cü il tarixli, 24 ay müddətinə, ikinci müavilə 07 mart 2014-cü il tarixli 36 ay müddətinə. İkinci müqavilə üzrə Cavabdeh2 zamin olmuşdur. Bank borcun qaytarılması tələbi ilə 10 dekabr 2020-ci ildə Cavabdeh1 bildiriş göndərmişdir . Borcalan Cavabdeh1 14 dekabr 2020-ci ildə ölmüşdür. Bank 21 dekabr 2020-ci ildə zamin Cavabdeh2 Abbasəli qızına borcun qaytarılması tələbi ilə bağlı bildiriş göndərmişdir. Bank borclu öldükdən sonra ona və zaminə qarşı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcluya münasibətdə iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İddiaçı borclu Cavabdeh1 qarşı o, öləndən sonra məhkəməyə iddia verdiyindən Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilmişdir. İşin müəyyən edilmiş halından göründüyü kimi zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 07 mart 2017-ci ildə başa çatmışdır. Bank 07 mart 2018-ci il tarixədək zaminə borcun qaytarılması tələbi ilə müraciət etməmişdir. Bank yalnız 21 dekabr 2020-ci il tarixdə borcun qaytarılması tələbi ilə zamin Cavabdeh2 müraciət etmişdir. Belə olan halda bankın zamin zamin Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən təmin edilə bilməz. İddia təmin edilmədiyindən ödənilmiş 66,55 manat dövlət rüsumu İddiaçı BOKT QSC-nin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası Cavabdeh2 münasibətdə rədd edilsin. Ödənilmiş 66,55 (altmış altı manat əlli beş qəpik) dövlət rüsumu İddiaçı BOKT QSCnin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar