Məhkəmə qərarları › İş №e-2(051)-1106/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1106/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1106/2022 25.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cəmi 1311.25 kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-cu il tarixli, 4xx.xx.2017-SM145 №li kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 1560 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə X3 borcunu müəyyən olunmuş müddətdə faizi ilə birlikdə ödəməli idi. X6 ölümü nəticəsində kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirilməmişdir. Müəyyən edilmişdir ki, kredit götürən Fəhrad Əliyev 25 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2058 saylı məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh ərizəsinə əsasən, xx.xx.2019-cu il tarixdə V-132/2019 saylı vərəsəlik işi açılmışdır. Ona görə də Cavabdeh kimi cəlb olunmuşdur. 783.13 manat əsas borc, 480.26 manat faiz borc, 47.86 manat müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu (5 %) olmaqla, cəmi 1311.25 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 33.12 manat pulun və 0.4 manat bank xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-cu il tarixli, 4-xx.xx.2017-SM145 №li kredit müqaviləsindən görünür ki, iddiaçı Fəhrad Əliyevə 36 ay müddətinə illik 29 % dərəcəsi ilə 1560 manat məbləğində kredit verməyi, F.Əliyev isə krediti ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan kassa-məxaric orderindən görünür ki, ilə X3 xx.xx.2017-c i ildə "xxxx" ASCdən 1482.4 manat kredit almışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ilə X3 25 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, ilə X1 banka cəmi 1311.25 kredit borcu vardır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2058 saylı məktubundan görünür ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh ərizəsinə əsasən, xx.xx.2019-cu il tarixdə V-132/2019 saylı vərəsəlik işi açılmışdır. Hər hansı əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İşə əlavə edilmiş cavabdehə göndərilmiş bildirişdən görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materialları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-cu il tarixli kredit müqaviləsinə əsasən F.Əliyev bankdan 36 ay müddətinə 1560 manat kredit götürmüşdür. Borclu F.Əliyev xx.xx.2018-ci ildə vəfat etmişdir. F.Əliyevin qanun üzrə birinci dərəcəli vərəsəsi, hazırkı iş üzrə Cavabdeh mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərinin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 783.13 manat əsas borc, 480.26 manat faiz borc, 47.86 manat müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu (5 %) olmaqla, cəmi 1311.25 manat kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 33.12 manat pul və 0.4 manat bank xidmət haqqı alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 783.13 (yeddi yüz səksən üç manat on üç qəpik) manat əsas borc, 480.26 (dörd yüz səksən manat iyirmi altı qəpik) manat faiz borc, 47.86 (qırx yeddi manat səksən altı qəpik) manat müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz borcu (5 (beş) %) olmaqla, cəmi 1311.25 (bir min üç yüz on bir manat iyirmi beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 33.12 (otuz üç manat on iki qəpik) manat pul və 0.4 (qırx qəpik) manat bank xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar