Məhkəmə qərarları › İş №e-2(051)-1168/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1168/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1168/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cəmi 1376,64 kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, məhkəmədən Cavabdeh "xxxx" ASC-nin xeyrinə 837,78 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 34,16 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2017-cu il tarixli, 2xx.xx.2017-SM145 №li kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 29 % dərəcəsi ilə 1340 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə X3 borcunu müəyyən olunmuş müddətdə faizi ilə birlikdə ödəməli idi. X4 ölümü nəticəsində kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirilməmişdir. Müəyyən edilmişdir ki, kredit götürən Nizamı Mikayılov 2018-ci ilin fevral ayında vəfat etmişdir. xx.xx.2018-cu il tarixli 2V-378 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsəsi Cavabdeh müəyyən olunmuşdur. Ona görə də Cavabdeh kimi cəlb olunmuşdur. 837,78 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 34,16 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, əri Nizami Mikayılovun kredit götürməyindən məlumatı olmamışdır. Ona görə də iddia əsassızdır və hesab edir ki, ərinin kredit borcunu o, ödəməməlidir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2017-cu il tarixli, 2-xx.xx.2017- SM145 №li kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 24 ay müddətinə illik 29 % dərəcəsi ilə 1340 manat məbləğində kredit verməyi, N.Mikayılov isə krediti ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan kassa-məxaric orderindən görünür ki, X3 xx.xx.2017-c i ildə "xxxx" ASC-dən 1277,60 manat kredit almışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 fevral 2018ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X1 banka 837,78 manat kredit borcu vardır. İşə əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-cu il tarixli 2V-378 saylı şəhadətnamədən görünür ki, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,59kv/m, yaşayış sahəsi 36,79kv/m, yardımçı sahəsi 30,8kv/m olan 2 otaqlı 1 saylı mənzilə olan mülkiyyət hüququ Cavabdeh keçmişdir. İşə əlavə edilmiş cavabdehə göndərilmiş bildirişdən görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 837,78 manat kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 34,16 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 837,78 (səkkiz yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 34,16 (otuz dörd manat on altı qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar