Məhkəmə qərarları › İş №e-2(051)-1178/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1178/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1178/2025 06.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış “borcun qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 5740 manat əsas borc, 22,21 manat faiz; “Birbank Cashback” kredit xətti üzrə 262,13 manat əsas, 38,57 manat faiz borcunun və ödənilmiş 80,63 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsinə əsasən ona 10 il müddətinə illik 6 faiz dərəcəsi ilə 615 manat məbləğində təhsil krediti ayrılmışdır. Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla Dövlət rüsumunun ödənilməsi haqqında məlumat təşkil edilir növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehə 1025 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2024-ci il tarixli Əlavəyə əsasən cavabdehə daha 1025 manat təhsil krediti verilmişdir. Tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən isə cavabdehə illik 25 faiz dərəcəsi ilə 500 manat kredit xətti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASCyə Çərçivə Kredit müqaviləsinə əsasən 5740 manat əsas; 22,21 manat faiz; Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən isə 262,13 manat əsas; 38,57 manat faiz borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarışlar, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Tərəflərin izahatları : İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməmişdir. İş materialları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 nömrəli Çərçivə kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh təhsil krediti olaraq illik 6 % faiz olmaqla, 184 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 nömrəli Çərçivə kredit müqaviləsi üzrə banka xx.xx.2027-ci il tarixdən hər ay 6,83 manat, sonuncu ay 6,58 manat olmaqla xx.xx.2037-ci il tarixinədək ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 nömrəli Çərçivə kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 228585 saylı Əlavədən görünür ki, cavabdehə 1025 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2024-ci il tarixli Əlavəyə əsasən cavabdehə daha 1025 manat təhsil krediti verilmişdir. xx.xx.2022-ci il tarixli BRCB6242048A299 saylı Birbank Cashback kredit xətti müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 25 % dərəcəsi ilə 500 manat kredit xətti ayrılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə Çərçivə kredit müqaviləsi üzrə 5740 manat əsas borc, 22,21 və Birbank Cashback kredit xətti üzrə 262,13 manat əsas borc, 38,57 manat faiz borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 80,63 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin faktiki halı : İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 nömrəli Çərçivə kredit müqaviləsinə əsasən Cavabdeh illik 6% faiz olmaqla, 184 ay müddətinə 600 manat məbləğində təhsil krediti verilmişdir. xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 nömrəli Çərçivə kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 228585 saylı Əlavəyə, cavabdehə 1025 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2024-ci il tarixli Əlavəyə əsasən cavabdehə daha 1025 manat təhsil krediti verilmişdir. xx.xx.2022-ci il tarixli BRCB6242048A299 saylı Birbank Cashback kredit xətti müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh illik 25 % dərəcəsi ilə 500 manat kredit xətti ayrılmışdır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin Çərçivə kredit müqaviləsi üzrə 5740 manat əsas, 22,21 manat faiz borcu; Birbank Cashback kredit xətti üzrə 262,13 manat əsas borc və 38,57 manat faiz borcu yaranmışdır. Tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Bank ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. İş materiallarına (müqavilə, ödəniş qrafiki) əsasən müəyyən olunur ki, iddiaçı bank tərəfindən xx.xx.2022-ci il tarixli Çərçivə kredit müqaviləsinə əsasən 600 manat məbləğində təhsil krediti verilmiş, xx.xx.2022-ci il tarixli Çərçivə kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 228585 saylı Əlavəyə əsasən cavabdehə 1025 manat, xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 1025 manat, xx.xx.2024-ci il tarixli Əlavəyə əsasən cavabdehə daha 1025 manat təhsil krediti verilmişdir. xx.xx.2022-ci il tarixli Birbank Cashback kredit xətti müqaviləsinə əsasən 500 manat kredit xətti ayrılmış və cavabdeh tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 nömrəli Çərçivə kredit müqaviləsi üzrə 5740 manat əsas borc və 22,21 manat faiz borcu; xx.xx.2022-ci il tarixli BRCB6242048A299 saylı Birbank Cashback kredit xətti müqaviləsi üzrə 262,13 manat əsas borc və 38,57 manat faiz borcu olmaqla, cəmi 6062,91 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 80,63 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, TTKR4873583A299 saylı Çərçivə kredit müqaviləsi üzrə 5740 (beş min yeddi yüz qırx manat) manat əsas borc və 22,21 (iyirmi iki manat iyirmi bir qəpik) manat faiz borcu; xx.xx.2022-ci il tarixli BRCB6242048A299 saylı Birbank Cashback kredit xətti müqaviləsi üzrə 262,13 (iki yüz altmış iki manat on üç qəpik) əsas borc və 38,57 (otuz səkkiz manat əlli yeddi qəpik) faiz borcu olmaqla, cəmi 6062,91 (altı min altmış iki manat doxsan bir qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,63 (səksən manat altmış üç qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar