Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-12/2025 14.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Hüseynova Təranə Bilal qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 015A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; faktiki vərəsə- Cavabdeh2 və zamin-Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3875.41 manat əsas, 484.68 manat faiz və 451.1 manat cərimə olmaqla, cəmi 4811.19 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 68.11 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Hüseynova Təranə Bilal qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə aylıq 1.8333% ödəmək şərti ilə 6800 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2924.59 manat ödəniş etmiş və onun iddiaçıya 3875.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh Hüseynova Təranə Bilal qızı kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 266 gün üçün hesablanmış faiz borcu 484.68 manat təşkil etmişdir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 266 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 451.10 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Qeyd edilən kredit müqaviləsi üzrə Hüseynova Təranə Bilal qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Hüseynova Təranə Bilal qızı ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kredit qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi və izahat verərək bildirdi ki, Hüseynova Təranə Bilal qızı onun anasıdır. İddiaçı QSC ilə Hüseynova Təranə Bilal qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə aylıq 1.8333 faiz dərəcə ilə 6800 manat məbləğində kredit verilmişdir. Anasının xəstə olduğu üçün ailənin gəlirlərinin hamısını onun müalicəsinə xərclədiyini bildirmişdir. Maddi imkan olmadığından banka olan borc ödənilməmişdir. İddianın əsas borc məbləği tələbinə dair hissəsini qəbul edir və hesab edir ki, faiz borcu yüksək hesablanmışdır. İddianın cərimə tələbinə dair hissəsinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinə dair faiz və cərimə borcunun azaldılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-cü il tarixli, 015A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Hüseynova Təranə Bilal qızı arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən Hüseynova Təranə Bilal qızına 36 ay müddətinə aylıq 1.8333% olmaqla 6800 manat kredit verilmişdir. xx.xx.2020-cü il tarixli, 015A********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu Hüseynova Təranə Bilal qızı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 261 manat, sonuncu ay 261.50 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. 207.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə 015G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixinə 3875.41 manat əsas, 99.76 manat faiz və 170.52 qəpik cərimə olmaqla, cəmi 4145.69 manat məbləğində borcun cavabdehə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Hüseynova Təranə Bilal qızının xx.xx.2022-ci il tarixinə İddiaçı QSC-nə borcu 3875.41 manat əsas, 484.68 manat faiz və 451.10 manat cərimə olmaqla, cəmi 4811.19 manat təşkil edir. Mingəçevir şəhər 2 saylı MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 384 №li arayışdan görünür ki, Abbasov X3 şəhəri, Nizami küçəsi, ev 19/1, mənzil 10 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 23622 №li ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynova X4 şəhərində ilkin lokalizasiyası naməlum bədxassəli yenitörəmə səbəbindən ölmüş, xx.xx.2021-ci il tarixdə 537 № ilə ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən, Hüseynova Təranə Bilal qızının adına Mingəçevir şəhəri, Nizami küçəsi, ev 19/1, 10 saylı mənzil xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda adınadır. Hüseynova Təranə Bilal qızının adına ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş, lakin Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş 4Ə-1419 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Hüseynova Təranə Bilal qızının adına Mingəçevir şəhəri, Nizami küçəsi, ev 23/2, 11 saylı mənzil xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiqlənmiş 4Ə-316 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Hüseynova Təranə Bilal qızının adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Hüseynova Təranə Bilal qızının ölüm səbəbindən onun vərəsəsi aşkar edilməyi üçün İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulmasına” dair iddiası üzrə mülki işin icraatı dayandırılmışdır. xx.xx.2024-cü il tarixli Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-293 №li vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hüseynova Təranə Bilal qızının vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur və o miras əmlakdan ½ hissədə pay almalıdır. xx.xx.2024-cü il tarixli Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2V-294 №li vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hüseynova Təranə Bilal qızının vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan oğlu X6r və o miras əmlakdan ½ hissədə pay almalıdır. xx.xx.2024-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə X1 Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən 2V-294 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras olan əmlakdan ona düşən vərəsəlik payını Cavabdeh1 bağışlamışdır. xx.xx.2022-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 68.11 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin müəyyən olunmuş halı: Hüseynova Təranə Bilal qızı xx.xx.2020-cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 36 ay müddətinə aylıq 1.8333% ödəmək şərti ilə 6800 manat məbləğində kredit götürmüşdür. Müqavilənin təminatı olaraq bankla borcalanın oğlu Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hüseynova Təranə Bilal qızı xx.xx.2021-ci ildə ölmüşdür. Hazırda bank borcalanın vərəsəsi kimi ərindən və zamin kimi oğlundan qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307.Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı cəsmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra gsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Borcalan şəxs öldüyündən vərəsə miras əmlakı qəbul etdiyindən, mirasqoyanın borcunu ödəməyə borcludur. Cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2022ci il tarixdə Cavabdeh1 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2022-ci il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Hüseynova Təranə Bilal qızı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020cü il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 3875.41 manat məbləğində əsas, 99.76 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 70.52 manat məbləğində müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 68.11 manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-cü il tarixli 015A********** saylı müqavilə üzrə 3875.41 (üç min səkkiz yüz yetmiş beş manat qırx bir qəpik) manat əsas, 99.76 (doxsan doqquz manat yetmiş altı qəpik) manat faiz və 70.52 (yetmiş manat əlli iki qəpik) manat cərimə olmaqla, cəmi 4045.69 (dörd min qırx beş manat altmış doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumu 68.11 (altmış səkkiz manat on bir qəpik) manat pulu alınaraq İddiaçı QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-12/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-12/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver