Məhkəmə qərarları › İş №e-2(051)-1211/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1211/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1211/2022 27.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış 07.12.2016-cu il tarixli, 09-16-16-80555 №li kredit müqaviləsinə əsasən cavabdehə 34 ay müddətinə illik 29 % dərəcəsi ilə 2111 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə cavabdeh X4 borcunu müəyyən olunmuş müddətdə faizi ilə birlikdə ödəməli idi. Lakin cavabdehin ölümü nəticəsində kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirilməmişdir. 13.09.2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsələri- Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müəyyən olunmuşdur. Beləliklə cavabdehlərin 1917,95 manat əsas borc və 680,78 manat faiz borc olmaqla, cəmi 2598,73 manat kredit borcu yaranmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi xahiş olunur. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 bildiriş göndərilərək tələbə dair etiraz olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdehlər tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış 07.12.2016-cu il tarixli, 09-16-16-80555 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 34 ay müddətinə illik 29 % dərəcəsi ilə 2111 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, X4 İddiaçı ASC-dən 07.12.2016-cu ildə 2111 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, X1 banka 1917,95 manat əsas borc və 680,78 manat faiz borc olmaqla, cəmi 2598,73 manat kredit borcu vardır. İşdə olan 13.09.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,41kv/m, yaşayış sahəsi 39,6kv/m, yardımçı sahəsi 23,81kv/m olan 3 otaqlı 25 saylı mənzilə vərəsəlik hüququ Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 keçmişdir. İşə əlavə olunmuş miras payının bağışlanması barədə 13.09.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1, Cavabdeh2 X3 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,41kv/m, yaşayış sahəsi 39,6kv/m, yardımçı sahəsi 23,81kv/m olan 3 otaqlı 25 saylı mənzilə olan mülkiyyət hüquqlarını Cavabdeh3 bağışlamışlar. İşə əlavə edilmiş cavabdehə göndərilmiş bildirişdən görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki məcəllənin 1306.1-ci maddəsinə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 1917,95 manat əsas borc və 680,78 manat faiz borc olmaqla, cəmi 2598,73 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 46 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 1917,95(min yeddi yüz on doqquz manat doxsan beş qəpik) manat əsas borc və 680,78(altı yüz səksən manat yetmiş səkkiz qəpik) manat faiz borc olmaqla, cəmi 2598,73(iki min beş yüz doxsan səkkiz manat yetmiş üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar