Məhkəmə qərarları › İş №e-2(051)-1249/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1249/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1249/2025 14.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı X1-Bank kredit təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X1-Bank kredit təşkilatının Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh **********0400 saylı kredit müqaviləsi üzrə borcun məbləği 907.33 AZN əsas, faiz borcu üzrə 24.14 AZN olmaqla cəmi 931.47 (doqquz yüz otuz bir manat, qırx yeddi qəpik); həmçinin, **********0410 saylı kredit müqaviləsi üzrə borcun məbləği 390.92 AZN əsas, faiz borcu üzrə 8.15 AZN olmaqla cəmi 399.07 (üç yüz doxsan doqquz manat, yeddi qəpik) AZN və ödənilmiş 33.31 manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarasınız. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0400 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 907.33 AZN (doqquz yüz yeddi manat, otuz üç qəpik); həmçinin eyni tarixli, **********0410 saylı GUZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 390.92 AZN (üç yüz doxsan manat, doxsan iki qəpik); qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0400 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.78 AZN, dörd il müddətində isə hər ay 19.30 AZN olmaqla və **********0410 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.34 AZN, dörd il müddətində isə hər ay 8.31 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Beləliklə, xx.xx.2025-ci lï tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh oğlunun **********0400 saylı kredit müqaviləsi üzrə borcun məbləği 907.33 AZN əsas, faiz borcu üzrə 24.14 AZN olmaqla cəmi 931.47 (doqquz yüz otuz bir manat, qırx yeddi qəpik) AZN təşkil edir. Həmçinin, **********0410 saylı kredit müqaviləsi üzrə borcun məbləği 390.92 AZN əsas, faiz borcu üzrə 8.15 AZN olmaqla cəmi 399.07 (üç yüz doxsan doqquz manat, yeddi qəpik) AZN təşkil edir. Həmçinin, Cavabdeh oğlu **********0400 saylı kredit müqaviləsi üzrə borcun məbləği 907.33 AZN əsas, faiz borcu üzrə 24.14 AZN olmaqla cəmi 931.47 (doqquz yüz otuz bir manat, qırx yeddi qəpik); **********0410 saylı kredit müqaviləsi üzrə borcun məbləği 390.92 AZN əsas, faiz borcu üzrə 8.15 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 399.07 (üç yüz doxsan doqquz manat, yeddi qəpik) AZN borc yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı X1-Bank kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,**********0410 saylı kredit (restrukturizasiyası) müqaviləsindən görünür ki, bank cavabdehə 1 il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 390.92 manat məbləğində kredit verilmişdir. Belə ki, işdə olan İddiaçı X1-Bank kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0400 saylı kredit (restrukturizasiyası) müqaviləsindən görünür ki, bank cavabdehə 1 il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 907.33 manat məbləğində kredit verilmişdir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli İddiaçı X1-Bank kredit təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, **********0410 saylı kredit müqaviləsi üzrə 390.92 manat əsas borc, 8.15 manat faiz məbləği, cəmi 399.07 manat borcu yaranmışdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli İddiaçı X1-Bank kredit təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli, **********0400 saylı kredit müqaviləsi üzrə 907.33 manat əsas borc, 24.14 manat faiz məbləği, cəmi 931.47 manat borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh oğlu arasında xx.xx.2019-cu il tarixli, **********0410 saylı kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 390.92 manat məbləğində kredit verilmiş cavabdeh 390.92 manat əsas borcu, 8.15 manat faiz borcu yaranmışdır və xx.xx.2019-cu il tarixli, **********0410 saylı kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 907.33 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əldə etdiyi kredit borcunu hər ay hissə-hissə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və onun banka 907.33 manat əsas, 24.14 manat faiz yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh oğlu arasında xx.xx.2019-cu il tarixli, **********0410 saylı predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 390.92 manat məbləğində kredit, xx.xx.2019-cu il tarixli, **********0410 saylı olan digər müqaviləyə əsasən 907.33 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq əldə etdiyi kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 907.33 manat əsas, 24.14 manat faiz və digər müqavilə üzrə 390.92 manat əsas borcu, 8.15 manat faiz borcu, hər iki müqavilə üzrə 1330.54 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh oğlundan xx.xx.2019-cu il tarixli, **********0410 saylı olan müqaviləyə əsasən 907 manat əsas, 24.14 manat faiz, xx.xx.2019-cu il tarixli, **********0410 saylı müqavilə üzrə 390.92 manat əsas, 8.15 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə 1330.54 manat borc məbləği tutulub İddiaçı X1- Bank kredit təşkilatına verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 33.31 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0400 saylı kredit müqaviləsi üzrə borcun məbləği 907.33 AZN əsas, faiz borcu üzrə 24.14 AZN olmaqla cəmi 931.47 (doqquz yüz otuz bir manat, qırx yeddi qəpik); həmçinin, xx.xx.2019-cu il tarixli, **********0410 saylı kredit müqaviləsi üzrə borcun məbləği 390.92 AZN əsas, faiz borcu üzrə 8.15 AZN olmaqla cəmi 399.07 (üç yüz doxsan doqquz manat, yeddi qəpik) AZN tutulub İddiaçı X1- Bank kredit təşkilatına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 33.31 manat məbləğində pul alınıb İddiaçı X1-Bank kredit təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar