Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1278/2024 05.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, əsas borc məbləği olan 20000 (iyirmi min) manat pulun, 2220.83 (iki min iki yüz iyirmi manat səksən üç qəpik) manat əldən çıxmış fayda qismində zərərin, göstərilən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 3000 (üç min) manat məbləğində haqqın, ümumilikdə 25220.83 (iyirmi beş min iki yüz iyirmi manat səksən üç qəpik) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 165.66 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs X1 ilə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində 3M-545 nömrəli reyestrdə qeyd edilən xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən həmin 50000 (əlli min) manat məbləğində pulu xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində borc kimi hazırki iş üzrə cavabdehin nənəsi olan Gülbarə Yusifovaya vermişdir. Həmin məbləğ bank hesabı vasitəsi Gülbarə Yusifovanın hesabına köçürülmüşdür və borc məbləği təmsil etdiyi şəxsə tam şəkildə geri qaytarılmışdır. Bu məsələ hadisənin necə cərəyan etdiyini məhkəmənin diqqətinə çatdırmaq üçün bildirilməkdədir. Cavabdehin nənəsi ilə müqavilə bağladığı gün, tərəflər notariat kontorundan çıxdıqdan sonra Cavabdeh təmsil etdiyi şəxslə əlaqə saxlayaraq özünün 15000 (on beş min) manat məbləğində pula ehtiyacı olduğunu, bu məbləği əvvəlcədən təmsil etdiyi şəxsə olan 3000 (üç min) manat borcu ilə birlikdə bir ay müddətində geri qaytaracağını bildirərək istəmişdir. Təmsil etdiyi şəxs əvvəllər də aralarında borc münasibəti olmuş Cavabdeh güvənərək həmin pul məbləğini ona vermişdir. Təmsil etdiyi şəxs cavabdehin göstərişinə uyğun olaraq saat 12:22-də cavabdehin yaxını olan və onun da əvvəlcədən tanıdığı Aynurə adlı şəxsin 4169-7388-5985-5540 nömrəli bank hesab kartına 3500 (üç min beş yüz) manat pulu və saat 12:23-də isə cavabdehin ona təqdim etdiyi 5239-1515-1108-8000 nömrəli bank hesab kartına 11500 (on bir min beş yüz) manat pulu köçürmüşdür. İddiaçı qeyd edilən pul məbləğlərini cavabdehin istəyi üzrə ona göndərdikdən sonra əməliyyatların təsdiqlənməsi üçün vatsapp sosial yazışma platforması üzərindən onunla əlaqə saxlamış və cavabdeh pulların gəldiyini təsdiq etmişdir. Həmin borc münasibəti yaranan anadək cavabdehin əvvəlcədən təmsil etdiyi şəxsə ehtiyacı olduğunu bildirərək aldığı 3000 (üç min) manat məbləğində borcu olmuş, eyni zamanda təmsil etdiyi şəxsin yaxını olan və cavabdehin İddiaçı vasitəçiliyi ilə tanış olduğu Kənan adlı şəxsə də 14000 (on dörd min) manat məbləğində borcu olmuşdur. Cavabdeh sonradan Kənan adlı şəxsə olan borcunun 12000 (on iki min) manat olan hissəsini ödəsə də, qalan 2000 (iki min) manat borcunu ödəməmişdir və bu məbləğ də cavbdeh tərəfindən təmsil etdiyi şəxsə ödəniləcəyi bildirildikdən sonra onun tərəfindən Kənana 2000 manat pul verilməklə borc məbləği qarşılanmışdır. Cavabdeh və onun əri Eldar Mamlıyevin dəfələrlə təmsil etdiyi şəxslə telefon danışıqları olmuş və Kənana olan və onun tərəfindən ödənilmiş borc məbləğinin də, ona geri qaytarılacağı bildirilmişdir. Bütün bu borc məbləğlərinin həqiqiliyi tərəflər arasında olan yazışmalar və danışıqlar zamanı öz təsdiqini tapır. Təmsil etdiyi şəxs müxtəlif tarixlərdə cavabdehdən alacağı məbləğləri yazaraq tələb etdikdə cavabdeh heç bir zaman onun tələb etdiyi məbləğləri mübahisələndirməmiş və ən qısa müddətə borcunu ödəyəcəyini bildirmişdir. Hətta cavabdeh təmsil etdiyi şəxsə ona möhlət verdiyi üçün dəfələrlə təşəkkür etmişdir. Həmin səs yazılarından və yazışmalardan görünür ki, cavabdeh bir ay müddətinə aldığı və ödəməli olduğu borc məbləğlərini hər dəfə müddət istəyərək uzatmış və artıq təmsil etdiyi şəxsdə qeyd edilən pul məbləğlərinin cavabdeh tərəfindən ödənilməyəcəyinə dair qəti qənaət formalaşmışdır. Tərəflər arasında olan borc pul məbləğləri cavabdehlə və cavabdehin əri Eldar Mamlıyevlə təmsil etdiyi şəxs arasında keçən telefon danışıqlarında, yazışmalarda və səs yazılarında (+**********65 mobil nömrəli vatsapp danışığı; +**********55 mobil nömrəli vatsapp danışığı;) hər iki şəxsin borcu qəbul etməsi və etiraf etməsi ilə tam sübuta yetirilir. Bütün bu sübutlar, səs yazıları və yazışmalar ayrıca olaraq, xx.xx.2024-cü il tarixli pretenziya məktubuna qoşma olaraq cavabdehə göndərilmişdir. Hal-hazıradək cavabdeh tərəfindən bütün bunlara heç bir münasibət bildirilməmiş, borcun bağlanması üçün hər hansı addım atılmamışdır. Göstərilən və cavabdeh tərəfindən mübahisələndirilməyən ümumilikdə 20000 (iyirmi min) manat pul məbləği hal-hazıradək təmsil etdiyi şəxsə geri qaytarılmamışdır. Üzərindən artıq bir ildən çox müddət keçməsinə baxmayaraq, təmsil etdiyi şəxs həm 20000 (iyirmi min) manat pul məbləğindən, həm də həmin pul məbləğinə münasibətdə puldan əldə edəcəyi mənfəətlərdən məhrum qalmış, xeyli miqdarda maddi zərərə uğramışdır. Beləliklə, Cavabdeh təmsil etdiyi şəxsə olan borc öhdəliyini icra etməmiş, öhdəliyin icrası ilə bağlı cavabdehə göndərilmiş xəbərdarlığa da məhəl qoymayaraq, hələ də yuxarıda qeyd edilən borcdan irəli gələn öhdəliyini icra etməmişdir. Təmsil etdiyi şəxs ona məxsus olmuş 20000 (iyirmi min) manat əsas borcla yanaşı həmin pul məbləğinə münasibətdə əldən çıxmış faydadan da məhrum qalmışdır. Belə ki, keçən bu müddət ərzində qaytarılmalı olan borcun hal-hazıradək hesablanmalı olan faiz miqdarı da tələb edilir. Cavabdehin 20000 (iyirmi min) manat olan əsas borcla birlikdə MM-in 449.1-ci maddəsinin şərtlərinə əsasən dəymiş zərərin illik bank uçot faiz dərəcələri nəzərə alınmaqla 2023-cü il üçün 8.5625 % yəni 1712.5 (bir min yeddi yüz on iki manat əlli qəpik) manat, 2024-cü ilin ilk dörd ayı üçün 7.625 % yəni 508.33 (beş yüz səkkiz manat otuz üç qəpik) manat olmaqla, 2220.83 (iki min iki yüz iyirmi manat səksən üç qəpik) manat əldən çıxmış fayda hesablanmaqla, ümumilikdə 22220.83 (iyirmi iki min iki yüz iyirmi manat səksən üç qəpik) manat borcu mövcuddur. Təmsil etdiyi şəxs pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə keyfiyyətli hüquq xidməti almaq üçün “İUS TEAM CONSULTİNG COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlamış olduqları 04/FŞ-13/2024 saylı, xx.xx.2024cü il tarixli xidmət müqaviləsinə əsasən göstəriləcək hüquqi yardıma dair cəmiyyətin hesabına 3000 (üç min) manat məbləğində pul köçürməsi həyata keçirmişdir. Cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün təmsil etdiyi şəxsin belə bir xərci yarandığından hesab edir ki, həmin pul məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 20000 (iyirmi min) manat məbləğində borcunu 5 gün müddətində ona ödəməyi, öhdəliyini 5 gün müddətində yerinə yetirmədiyi təqdirdə bu məsələ ilə bağlı həm əsas borcun, həm də əldən çıxmış fayda qismində əlavə faiz borcunun ona geri qaytarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “Whatsapp” sosial şəbəkəsindən əldə edilmiş tərəflər arasında olan yazışmalardan görünür ki, iddiaçı cavabdehin göndərdiyi 5239 1515 1108 8000 nömrəli Kapital Bank kartına 11500 manat məbləğində pul köçürülmüş, Aynurə adlı şəxsə məxsus karta isə 3500 manat məbləğində pul köçürülmüşdür. İşdə olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 523915******8000 nömrəli Kapital Bank kartına 11500 manat məbləğində pul köçürülmüşdür. İşdə olan ********* nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******5540 nömrəli Kapital Bank kartına 3500 manat məbləğində pul köçürülmüşdür. İşdə olan “Whatsapp” sosial şəbəkəsindən əldə edilmiş yazışmalardan görünür ki, cavabdehin iddiaçıya 18000 manat, Kənan adlı şəxsə isə 14000 manat borcu olmuş, hazırda isə iddiaçıya 18000 manat, Kənan adlı şəxsə isə 2000 manat borcu vardır. İşdə olan iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, şahid qismində dəvət edilmiş Kənan Hacılı hal-hazırda işi ilə bağlı olaraq Bakı şəhərində ezamiyyətdə olduğundan və şəxsi işlərində olan sıxlıqla Respublikanın müxtəlif bölgələrinə səfərlər etməsi onun məhkəmə zalında dinlənilməsini əlverişsiz etməkdədir. Şahidlə danışıq zamanı onlara verilən məlumata görə o, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Həmçinin o, qeyd etmişdir ki, İddiaçı uşaqlıq dostudur. Cavabdehi Cabirin və Aynurənin vasitəçiliyi ilə 2023-cü ilin əvvəllərində tanımışdır. Aygünə Cabir vasitəçiliyi ilə nağd olaraq 14000 (on dörd min) manat pul vəsaiti vermişdir. Daha sonra pulun 12000 (on iki min) manatı Aygün tərəfindən xx.xx.2023-cü il tarixdə iki fərqli hesaba 6000 manat köçürülməklə Şahid məxsus "xxxx" ASC-dən olan 4169-7388-1253-0891 nömrəli və 4169- 7388-6796-0845 nömrəli hesab kartlarına ödənmişdir. Ümumilikdə borcun 12000 manatı geri qaytarılmış, 2000 manatı isə ödənilməmiş qalmışdır. Cavabdeh Şahid olan borcunu sonralar artıq vermədiyindən, o, İddiaçı ona məxsus 2000 manat pulu Aygün ödəmədiyi üçün tələb edərək Mingəçevir şəhərində nağd olaraq almışdır. Şahidin bildirdiyinə görə Aygün bütün bu olub-bitənlərdən məlumatlı olmuşdur. O, hal-hazırda İddiaçı ona ödəmiş olduğu 2000 (iki min) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə razıdır. Hətta işin halları ilə bağlı məhkəmədə iştirak edə bilməsə də, bununla bağlı məhkəməyə məktub ünvanladığını da onlara bildirmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İşdə olan Şahid tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə işi ilə əlaqədar olaraq Bakı şəhərində ezamiyyətdə olduğundan şahid kimi dəvət olunduğu həmin tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Mübahisə ilə bağlı bildirir ki, İddiaçı çox uzun müddətdir ki, tanıyır və onunla uşaqlıqdan yaranmış dostluq münasibətləri vardır. Cabirə hər zaman etimad etmişdir. Aygün adlı şəxsi Cabirin və onun iş yoldaşı olan Aynurənin vasitəçiliyi ilə 2023-cü ildə tanımışdır. Həmin vaxt da özünə məxsus mercedes-benz c klass markalı nəqliyyat vasitəsini satmışdı və ona çalışdığı idarədə xidməti maşın verildiyindən nəqliyyat vasitəsinin satışından əldə etdiyi puldan istifadə etməyinə zərurət yox idi. Bir müddət sonra Cabir Aygünün pula ehtiyacı olduğunu və borc istədiyini ona bildirdi. Özündə olmadığından onun Aygünə 14000 manat borc verib verə bilməyəcəyini soruşduqda o, Cabirə “sən kəfilsənsə, verərəm”,-dedi. Cabir hə dedikdə həmin məbləği Aygünə verməsi üçün Cabirə nağd olaraq əlbəəl verdi. Daha sonra verdiyi pulun 12000 manatını ona Aygün özü 2 dəfəyə olmaqla kartına göndərərək geri qaytardı. Lakin 2000 manat sonra veriləcək deyildi. Üstündən bir müddət keçdikdə borcun geri qaytarılmadığını və nə vaxt qaytaracağını Aygündən soruşması üçün Cabirə təkid etdi. Cabir Aygünün maddi sıxıntı içərisində olduğunu bildirsə də, onun da pula ehtiyacı olduğunu Cabirə bildirdi və tələb etdi ki, “sən mənə ver, sonra Aygündən alarsan”. Hətta bununla bağlı Cabirlə arasında sözsöhbət də oldu. Daha sonra Cabir ona 2000 manatı Mingəçevirdə geri qaytardı və Aygünə pulu ona qaytardığını bildirdiyini dedi. Cabir Aygünün həmin pulu ona verəcəyini bildirərək onun Cabirdən heç nə istəməməyini tələb etdikdə isə o, Cabirlə razılaşdı. Artıq öz pulunu aldığı üçün ona bu məsələ maraqlı olmadı. Sonradan bildi ki, Aygünün Cabirə də çoxlu borcu varmış. Bildirmək istəyir ki, Aygünün ona olan 2000 manat borcunu Cabir ödəmişdir. Hal-hazırda həmin pulun Aygündən alınıb Cabirə ödənməsinə etirazı yoxdur. İşdə olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******0845 nömrəli karta 6000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******0891 nömrəli karta 6000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, 50000 (əlli min) manat məbləğində pul Gülbarə Yusifovaya borc verilmişdir. İş materiallarına İddiaçı ilə “İUS TEAM CONSULTİNG COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04/FŞ-13/2024 saylı, xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi əlavə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil elanından görünür ki, İddiaçı “İUS TEAM CONSULTİNG COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 1.50 manat xidmət haqqı olmaqla, 3001.50 manat məbləğində pul köçürmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh xx.xx.2023-cü il tarixdə Aynurə adlı şəxsin bank hesab kartına 3500 manat pul, cavabdehin ona təqdim etdiyi bank hesab kartına isə 11500 manat pul köçürmüşdür. Cavabdehin iddiaçıya 18000 manat, Kənan adlı şəxsə isə 14000 manat borcu olmuş, hazırda isə iddiaçıya 18000 manat, Kənan adlı şəxsə isə 6000 manat və 6000 manat olmaqla, iki dəfəyə borcunu karta göndərərək 2000 manat qalıq borcu qalmışdır. Şahid tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Aygünün ona olan 2000 manat borcunu Cabir ödədiyindən, halhazırda həmin pulun Aygündən alınıb Cabirə ödənməsinə etirazı yoxdur. Hazırda cavabdeh 20000 manat məbləğində pulu iddiaçıya geri qaytarmamışdır. İddiaçı 20000 manat əsas borcla yanaşı həmin pul məbləğinə münasibətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də məhrum qalmışdır. Cavabdehin 20000 manat olan əsas borcla birlikdə bank uçot dərəcəsi əsas götürməklə 2220.83 manat əldən çıxmış fayda hesablanmaqla, ümumilikdə 22220.83 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 20000 manat məbləğində pulun borc verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə borc müqaviləsi olmadığından, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında pulun verilməsinə dair şifahi formada mövcud razılaşma yazılı formada bağlanmadığından, bağlandığı andan etibarsızdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, qanunun həmin vaxt qüvvədə olan tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu şərtə əməl edilməməsi, həmin əqdin etibarsız sayılmasına əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan razılaşma yazılı formada bağlanmamışdır. Bu da onu deməyə əsas verir ki, həmin müqavilə bağlandığı andan etibarsız olduğu üçün əhəmiyyətsiz əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5–ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından qənaətə gəlir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından və heç bir hüquqi nəticələr doğurmadığından, bağlandığı andan etibarsızdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, tərəflər arasında olan razılaşma yazılı formada bağlanmadığından, borc müqaviləsi kimi qanuni hesab edilə bilməz. Lakin həmin şifahi razılaşmada iddiaçının cavabdehə 20000 manat məbləğində pul verməsi, işin həqiqi halları ilə dəqiq müəyyən edilmişdir. Bu halın özü bir daha onu göstərir ki, tərəflər arasında pul məbləği ilə bağlı iradə ifadəsinin dəqiq məzmununu müəyyən etmək mümkündür. Belə olan halda tərəflər arasında qanundan irəli gələn öhdəlik hüquq münasibəti pul məbləğinin verilməsi ilə bağlı hissədə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5–ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6–cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Belə olan halda məhkəmə, iddiaçının cavabdehə verdiyi pulun məbləğini, yəni tərəflərin əqd üzrə aldıqlarını məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş şifahi borc müqaviləsi bağlandığı andan etibarsız olsa da, həmin razılaşma əsasında iddiaçının 20000 manat məbləğində pulu cavabdehə verməsi və cavabdehin həmin məbləği alması, iş materiallarına əlavə edilmiş qəbzlər və “Whatsapp” sosial şəbəkəsindən əldə edilmiş yazışmalarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında borcun verilməsini nəzərdə tutan şifahi əqd bağlansa da, həmin əqd borc müqaviləsi kimi tanınmadığı üçün etibarsızdır. Həmin şifahi borc müqaviləsi hüquqi nəticələr doğurmasa da, cavabdeh həmin əqd üzrə iddiaçıdan 20000 manat məbləğində pul almışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 20000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və həmin pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmişdir. Belə olan halda 20000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddia tələbini əldən çıxmış fayda hissəsində də əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı cavabdehə 20000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və həmin pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmiş, iddiaçı isə 20000 manat pul məbləğinə münasibətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də məhrum qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda hissəsində də iddiaçının təqdim etdiyi sübutlar əsasında təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul, 2220.83 (iki min iki yüz iyirmi manat səksən üç qəpik) manat əldən çıxmış fayda kimi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının göstərilən hüquqi yardıma görə “İUS TEAM CONSULTİNG COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürdüyü 3000 (üç min) manat məbləğində haqq, həmçinin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 165.66 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul, 2220.83 (iki min iki yüz iyirmi manat səksən üç qəpik) manat əldən çıxmış fayda kimi zərərin əvəzi, cəmi 22220,83 (iyirmi iki min iki yüz iyirmi manat səksən üç qəpik) məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh göstərilən hüquqi yardıma görə “İUS TEAM CONSULTİNG COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülmüş 3000 (üç min) manat məbləğində haqq alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165.66 (bir yüz altmış beş manat altmış altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1278/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(051)-1278/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver