Məhkəmə qərarları › İş №e-2(051)-1292/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1292/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1292/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC -nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cəmi 4864,04 manat kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-cu il tarixli BPM**********87 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 60 ay müddətinə 5970 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2018-cu il tarixli BPM**********87 №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh2 tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 3939,65 manat əsas borc və 924,39 manat faiz borc olmaqla, cəmi 4864,04manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 69,05 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh2 arasında xx.xx.2018cu il tarixli BPM**********87 saylı kredit müqaviləsi bağlanmış və o, kreditin ödənilməsinin təminatı olaraq, bankla xx.xx.2018-cu il tarixli BPM**********87 №li zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanlarıolmadığına görə krediti tam ödəyə bilməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-cu il tarixli, BPM**********87 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə 5970 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan kassa-məxaric orderindən görünür ki, Cavabdeh2 xx.xx.2018-cu ildə «Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 5970 manat kredit almışdır. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********87 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh2 ilə «Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış xx.xx.2018-cu il tarixli, BPM**********87 №li müqaviləyə əsasən cavabdehin banka 3939,65 manat əsas borc və 924,39 manat faiz borc olmaqla, cəmi 4864,04manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 3939,65 manat əsas borc və 924,39 manat faiz borc olmaqla, cəmi 4864,04 manat kredit borcu tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 69,05 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3939,65(üç min doqquz yüz otuz doqquz manat altmış beş qəpik) manat əsas borc və 924,39(doqquz yüz iyirmi dörd manat otuz doqquz qəpik) manat faiz borc olmaqla, cəmi 4864,04(dörd min səkkiz yüz altmış dörd manat dörd qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 69,05 (altmış doqquz manat beş qəpik) manat alınıb iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar