Məhkəmə qərarları › İş №e-2(051)-1309/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1309/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1309/2022 16.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştiraki ilə, İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı2 ASC cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 ASC-nin nümayəndəsi İddiaçı1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış 07 may 2021-ci tarixli, 600840-248772/4 №li kredit müqaviləsinə əsasən cavabdehə illik 29 faizlə 24 ay müddətinə 2460 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kreditin ödənilməsinin təminatı olaraq Zamin ilə 07 may 2021-ci tarixli, 600840-248772/4 №li zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh arasında eyni tarixli girov müqaviləsi bağlanmış və onun mülkiyyətində olan 583 əyyarlı, 19.5 qram çəkidə dörd ədəd (iki ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğa) qızıl-zinət əşyaları bankın xeyrinə girov qoyulmuşdur. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 1970.25 manat əsas borcu və 284.67 manat faiz borcu olmaqla, cəmi 2254.92 manat kredit borcu yaranmışdır. İddianın təmin olunması, 2254.92 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 42.95 manat pulun cavabdehlər Cavabdeh və Zamin alınaraq İddiaçı2 ASC-yə ödənilməsi, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 583 əyyarlı, 19.5 qram çəkidə dörd ədəd (iki ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğa) qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı2 ASC-dən 07 may 2021-ci tarixli, 600840-248772/4 №li kredit müqaviləsinə əsasən 2460 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu vaxtında ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Tutmanın bank qarşısında girov qoyulmuş ona məxsus qızıl-zinət əşyalarına yönəldilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Zamin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış 07 may 2021-ci tarixli, 600840-248772/4 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 29 faizlə 24 ay müddətinə 2460 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə olunmuş kassa-məxaric orderindən görünür ki, Cavabdeh oğlu 07 may 2021-ci il tarixdə "xxxx" ASC-dən 2460 (iki min dörd yüz altmış) manat kredit almışdır. İşdə olan İddiaçı2 MMC ilə cavabdeh Zamin arasında bağlanmış 07 may 2021-ci tarixli, 600840-248772/4 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş girovun təkrar qiymətləndirilməsinə dair 06 may 2021-ci il tarixli, 115/19 saylı aktdan görünür ki, 583 əyyarlı, 19.5 qram çəkidə dörd ədəd (iki ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğa) qızıl-zinət əşyaları girov qoyulmuşdur. Girov 1053 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 1970.25 manat əsas borcu və 284.67 manat faiz borcu olmaqla, cəmi 2254.92 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər müqavilədən irəli gələn öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən 1970.25 manat əsas borc və 284.67 manat faiz borc olmaqla, cəmi 2254.92 manat kredit borcu tutularaq İddiaçı2 ASC-nin xeyrinə ödənilməli, pulun tutulması Cavabdeh mülkiyyətində olan, girov qoyulmuş 583 əyyarlı, 19.5 qram çəkidə dörd ədəd (iki ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğa) qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 2254.92 (iki min iki yüz əlli dörd manat doxsan iki qəpik) manat kredit borcu iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 42.95 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh və Zamin 1970.25 (bir min doqquz yüz yetmiş manat iyirmi beş qəpik) manat əsas borc və 284.67 (iki yüz səksən dörd manat altmış yeddi qəpik) manat faiz borc olmaqla, cəmi 2254.92 (iki min iki yüz əlli dörd manat doxsan iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 42.95 (qırx iki manat doxsan beş qəpik) manat alınıb İddiaçı2 ASC-yə verilsin. Pulun tutulması Cavabdeh mülkiyyətində olan, girov qoyulmuş 583 əyyarlı, 19.5 qram çəkidə dörd ədəd (iki ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğa) qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracdan satışa çıxarılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 2254.92 (iki min iki yüz əlli dörd manat doxsan iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 42.95 (qırx iki manat doxsan beş qəpik) manat iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar