Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1343/2025 16.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə 13011,33 manat əsas, 1042,47 manat faiz və 237,84 manat cərimə olmaqla, cəmi 14291,64 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 132,88 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1,5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19200 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 014A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit bоrcundan 6188,67 manat ödəniş etmiş və оnun iddiaçıya 13011,33 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 132 gün üçün hesablanmış faiz borcu 1042,47 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 132 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 237,84 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək, götürdüyü kredit borcundan xeyli ödəniş etdiyini, faizlərin yüksək hesablanmasını və dediklərinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 014A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq 1.5833 % olmaqla 19200 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsinin ödəniş planından görünür ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 577 manat, sonuncu ay 569,08 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 014A**********S saylı sazişdən görünür ki, kredit alan xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan ödəniş planına uyğun ödəməsi müəyyən edilmişdir. 014A********** saylı kredit müqaviləsinin xx.xx.2024-cü il tarixli ödəniş planından görünür ki, borclu Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 581 manat, sonuncu ay 562,83 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixinə 13011,33 manat əsas, 1042,47 manat faiz və 237,84 manat cərimə olmaqla, cəmi 14291,64 manat məbləğində borcun cavabdehə xx.xx.2025-ci il tarixədək ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı QSC-nə borcu 13011,33 manat əsas, 1042,47 manat faiz və 237,84 manat cərimə olmaqla, cəmi 10248.60 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 132,88 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/3437 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borc üzrə 12842,57 manat, faiz borcu üzrə 914,55 manat olması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. İşin müəyyən olunmuş halı: Cavabdeh xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 48 ay müddətinə aylıq 1,5833 % ödəmək şərti ilə 19200 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 014A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit borcundan müəyyən ödənişlər etdikdən sonra iddiaçı banka 13011,33 manat əsas, 1042,47 manat faiz, 237,84 manat cərimə borcu olmaqla, cəmi 14291 manat borcu qalmışdır. Hazırda bank borcalan Cavabdeh qaytarılmamış borcu tələb edir. Cavabdeh borc məbləğinə etiraz etmiş və iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə əsas borc üzrə 12842,57 manat, faiz borcu üzrə 914,55 manat borcunun olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi ekspert rəyinə əsasən cavabdehin xx.xx.2025ci il tarixə əsas borc üzrə 12842,57 manat, faiz borcu üzrə 914,55 manat borcunun olması müəyyən edilmişdir. Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh xx.xx.2023-cü il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan 12842,57 manat məbləğində əsas, 914,55 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 132,88 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Həmçinin, cavabdeh X1 təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizаsı keçirilmiş, ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyərinin 100 manat olduğu qeyd olunmuşdur. Ekspertiza cavabdehin təşəbbüsü ilə keçirildiyindən 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 014A********** saylı müqavilə üzrə 12842,57 (on iki min səkkiz yüz qırx iki manat əlli yeddi qəpik) manat əsas, 914,55 (doqquz yüz on dörd manat əlli beş qəpik) manat faiz və 20 (iyirmi) manat cərimə olmaqla, cəmi 13777,12 (on üç min yeddi yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 132,88 (bir yüz otuz iki manat səksən səkkiz qəpik) manat pul alınaraq İddiaçı QSC-yə verilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh alınıb Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-1343/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1343/2025
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver