Məhkəmə qərarları › İş №e-2(051)-1349/2022

Mingəçevir Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(051)-1349/2022

26.05.2022 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Mingəçevir şəhəri İş № e-2(051)-1349/2022 26.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Mingəçevir şəhəri ünvan 1 ünvanda yaşayan Tələbkar bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 2 ünvanda yaşayan Borclu qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmasına dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN E T D İ M: Tələbkar təqdim etdiyi sənədlərdən görünür ki, Borclu ilə 22 yanvar 2006-cı ildə ailə qurmuş, 27 iyun 2008-ci ildə oğlu Məhəmməd, 30 dekabr 2009-cu ildə oğlu Ömər doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra Məhəmməd adlı uşaq onun yanında qalmışdır. Borclu Məhəmməd adlı uşağın saxlanmasında ona maddi köməklik göstərmir. Uşağa baxmaqda çətinlik çəkdiyinə görə cavabdehin aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, alimentin ödənilməsi barədə məhkəmə əmri verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşağı saxlamağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 276.2.4-cü maddəsinə görə tələb alimentin alınması haqqında verilmişsə, məhkəmə əmri verilə bilər. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 iyun 2008-ci il təvəllüdlü Məhəmməd və 30 dekabr 2009-cu il təvəllüdlü Ömərin valideynləri Borclu və Tələbkardur. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Məhəmməd adlı uşaq tələbkarın, atanın yanında qalır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə valideynin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ərizəyə əlavə edilmiş sənədlərlə Tələbkar tələbinin əsaslı olduğu, həmin tələbin Borclu qıznın mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq edildiyindən, məhkəmə hesab edir ki, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 100-cü və Azərbaycan Respublikası MPM-nin 275-282-ci maddələrini rəhbər tutaraq ƏMR E T D İ M: Ərizə təmin edilsin. 27 iyun 2008-ci il təvəllüdlü Məhəmməd adlı uşaqğın yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 2 ünvanda yaşayan, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsi, Gənclər sarayının direktoru işləyən Borclu aylıq qazancının 1/4 hissəsi miqdarında aliment 24.05.2022-ci il tarixdən başlayaraq hər ay tutulub, Tələbkar verilsin. Borclu məhkəmə əmrini aldığı vaxtdan 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar