Məhkəmə qərarları › İş №e-2(051)-1364/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1364/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1364/2023 07.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə Cavabdeh X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 9195.34 manat məbləğində əsas borc və 100.07 manat faiz borcu olmaqla, cəmi 9295.41 (doqquz min iki yüz doxsan beş qırx bir qəpik) manat borcun və 113.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla borcalan X6 arasında bağlanmış 27 aprel 2022 il tarixli, 600808-55242/7 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 24% dərəcəsi ilə 10118.00 (on min bir yüz on səkkiz) manat məbləğində kredit verilmişdi. Eyni zamanda, bank və digər cavabdeh – Cavabdeharasında 27 aprel 2022 il tarixli, 600808-55242/7 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 27 aprel 2022 il tarixli, 600808-55242/7 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Bundan başqa,əsas borclu X6 xx.xx.2022-ci il tarixdə “Ürəyin kəskin işemik xəstəliyinin digər formaları “səbəbi ilə vəfat etmişdir. Hüquq varislərimüəyyən olnmadığına görə, vərəsəlik işiaçılmamış,“Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə təqdim edilməmişdir. Borcalanın hüququ varisləri müəyyən olunmadığına görə bank öhdəliyin icrasını zamindən tələb edə bilər. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdeh X2 təşkilata 03 may 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9195.34 manat məbləğində əsas borcu və 100.07 manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 manat məbləğində kredit borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, 03 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 9195.34 manat məbləğində əsas borcu və 100.07 manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 manat məbləğində kredit borcu və ödənilmiş 108.49 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X5 məhkəmə iclası zamanı izahatında bildirdi ki, maddi imkanı zəif olduğu üçün krediti ödəməkdə çətinlik çəkir. Həmin krediti onun həyat yoldaşı götürmüşdür o, özü ödəyirdi krediti lakin sonradan həyat yoldaşı vəfat etdiyinə görə krediti ödəyə bilmədi. Maddi imkanları düzələn kimi ödəniş edəcəkdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş ancaq məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X6 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli 600808-55242/7 saylı istehlak kredit müqaviləsindən görünür ki, bank cavabdehə 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 10118 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC ilə digər cavabdeh X5 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli 600808-55242/7 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə cavabdeh X5 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli 600808-55242/7 saylı istehlak kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X4 27 aprel 2022-ci il tarixli 600808-55242/7 saylı istehlak kredit müqaviləsi üzrə banka 9195.34 manat məbləğində əsas borcu və 100.07 manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 manat məbləğində borcu vardır. İşdə olan cavabdehə ünvanlanmış 26 yanvar 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 dekabr 2022-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla cavabdeh arasında 27 aprel 2022-ci il tarixli 600808-55242/7 saylı istehlak kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank cavabdehə 60 ay müddətinə illik 24 % ödəmək şərtilə 11118 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi X5 ilə təşkilat arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdehlər iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öhdəliklərinə əməl etməmiş və nəticədə onların banka 9195.34 manat məbləğində əsas borcu və 100.07 manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 manat borcları yaranmışdır. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X6 12 dekabr 2022-cı il tarixdə vəfat etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, yaranmış kredit borcunun ödənilməsi öhdəliyi digər cavabdeh olan zamin X2 üzərinə düşür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən vəfat edən cavabdeh X4 vərəsəsi müəyyən edilməmişdir. Belə olan halda borcun ödənilməsi öhdəliyi cavabdeh X6 ilə kredit borcunun ödənilməsinə görə bağlanılmış zaminlik müqaviləsinə əsasən eyni məsuliyyəti daşıyan X2 üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, yaranmış kredit borcu iş üzrə cavabdeh olan zamin X5 tərəfindən ödənilməldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə,zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh X5 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 9195.34 manat məbləğində əsas borcu və 100.07 manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh X1 9195.34 manat məbləğində əsas borcu və 100.07 manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 manat pul tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 113,40 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X1 9195.34 (doqquz min bir yüz doxsan beş manat otuz dörd qəpik) manat məbləğində əsas borcu və 100.07(bir yüz manat yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9295.41 (doqquz min iki yüz doxsan beş manat qırx bir qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh X1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 113,40 (bir yüz on üç manat qırx qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar