Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1377/2025 20.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı «Accessbank QSC”-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «Accessbank QSC” Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 14102.21 manat əsas kredit borcu, 2546.48 manat faiz borcu, 355.36 manat cərimə borcu olmaqla, cəmi 17004.05 manat məbləğində pulun və ödənilmiş 141.02 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddiaçı «Accessbank QSC”-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə X2 birinci növbəli qanun üzrə vəsərələri X4, X10 və X13 üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X11 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X11 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 (iyirmi bir min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 6897.79 manat ödəniş etmiş və оnun iddiaçıya 14102.21 manat məbləğində kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 413 gün üçün hesablanmış faiz borcu 2546.48 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 413 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 355.36 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə X6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X11 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan X6 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X6 adına hər hansı daşınar və daşınmaz əmlakın olmadığı, vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, X1 QSC-dən xx.xx.2022-ci il tarixində 21.000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixinədək borc və faiz ödənilsə də, sonralar Məhəmmədin dünyasını dəyişməsi ödənişlərin olunmamasına səbəb olmuşdur. X2 ailəsi qərəzli olaraq vərəsəliyi qəbul etməmiş və gözləyirlər ki, ondan müəyyən məbləğdə pul tutulduqdan sonra vərəsəlik qəbul edib atalarının son haqq-hesablarını və sığorta pullarını almaq fikrindədirlər. Danışıqlar zamanı oğlu və vərəsəsi ona bildirir ki, heç bir pul ödəməsin, özü ödəyəcək. Faktiki olaraq atasının ölümündən sonra heç bir ödəniş olunmamış, hətta o da məlum olmuşdur ki, Məhəmməd ölümündən qısa müddət əvvəl adına olan evi də qızına bağışlamışdır. Beləliklə hazırda mərhumdan heç bir miras əmlak qalmamışdır. O, iş yoldaşı kimi həmin kredit ödənişinə zamin durmuşdur. Ailəlidir, öhdəsində və himayəsində 3- cü dərəcəli əlil qızı, onun iki övladı və heç yerdə işləməyən həyat yoldaşı vardır. Evə yeganə qazanc gətirən odur. Bundan əlavə də Bank of Bakudan qızının müalicəsi üçün götürdüyü pulu ödəyir. Özlərinin kirayədə qalmaqlarını və göstərilən halları nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə, həmçinin üçüncü şəxs qismində cəlb edilmiş X3, X8 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, xx.xx.2022-ci il tarixli ərizədən və ödəniş planından görünür ki, X11 48 ay müddətinə 21000 (iyirmi bir min) manat məbləğində kredit götürmüşdür. İşdə olan zaminlik müqaviləsindən görünür ki, X6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 14102.21 manat əsas kredit borcu, 2546.48 manat faiz borcu, 355.36 manat cərimə borcu olmaqla, cəmi borc 17004.05 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ünvan 2iat ofisi tərəfindən Vəkillər Kollegiyası Bakı şəhər 31 Saylı Vəkil Bürosunun vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2iat ofisində X6 adına vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət“ mərkəzində notariat ofisi tərəfindən Bakı şəhəri 31 Saylı Vəkil Bürosunun vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair 1 saylı Sumqayıt “ASAN xidmət“ mərkəzi notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Bakı şəhəri 31 Saylı Vəkil Bürosunun vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X6 adına Sumqayıt şəhəri 4 saylı notariat ofisində vərəsəlik işi açılmamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 31 Saylı vəkil bürosunun vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1962-ci il təvəllüdlü X6 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 31 Saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X6 adına ümumi birgə payda Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində yerləşən 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-242A nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 33A, 79 saylı mənzil xx.xx.2018-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Lakin, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1470 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 7 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, X6 adına 17 saylı Yevlax Ərazi İdarəsi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən X6 adında heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli 4Ə-1470 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 33A, 79 saylı mənzili X11 tərəfindən X8 bağışlamışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X11 xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, 48 ay müddətinə 21000 (iyirmi bir min) manat məbləğində kredit götürmüşdür. X6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. X11 xx.xx.2024-cü ildə vəfat etmiş, lakin ondan daşınar və daşınmaz əmlak miras qalmamışdır. Ona görə də iddiaçı X6 ödənilməmiş kredit borcunun ödənilməsini cavabdeh, zamin Cavabdeh tələb etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan, yəni hüquq varisliyinə yol verən əmlak xarakterli öhdəliklər olduğuna görə kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Bununla belə vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. X11 xx.xx.2024-cü il tarixdə vəfat etsə də, ondan daşınar və daşınmaz əmlak miras qalmamışdır. Göründüyü kimi X5 miras əmlak qalmadığına, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşdığına görə əsas öhdəliyin vərəsələr tərəfindən icra edilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının zaminə, yəni iş üzrə Cavabdeh qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 407.1-ci maddəsinə görə müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.3-cü maddəsinə əsasən oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Həmin Məcəllənin 409.1 və 409.4-cü maddələrində göstərilmişdir ki, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Həmin Məcəllənin 409.7–409.9-cu maddələrində göstərilmişdir ki, əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını 2-ci bəndinə əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Həmin Qərarın 3-cü bəndinə əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 14102.21 manat əsas, 2546.48 manat faiz borcu, 355.36 manat cərimə olmaqla, cəmi 17004.05 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141.02 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 14102.21 (on dörd min bir yüz iki manat, iyirmi bir qəpik) manat əsas, 2546.48 (iki min beş yüz qırx altı manat, qırx səkkiz qəpik) manat faiz, 355.36 (üç yüz əlli beş manat, otuz altı qəpik) manat cərimə olmaqla, cəmi 17004.05 (on yeddi min dörd manat, beş qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 141.02 (bir yüz qırx bir manat, iki qəpik) manat pul alınıb İddiaçı QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1377/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1377/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver