Məhkəmə qərarları › İş №e-2(051)-1440/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1440/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1440/2025 06.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cəmi 3.598,77 (üç min beş yüz doxsan səkkiz manat 77 qəpik) manat borc olmaqla – bundan 3.039,15 (üç min otuz doqquz manat 15 qəpik) manat məbləğində əsas, 51,41 (əlli bir manat 41 qəpik) manat faiz borcu, 508,21 (beş yüz səkkiz manat 21 qəpik) manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu və iş üzrə ödənilmiş 55 (əlli beş manat) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X5 arasında bağlanmış 05 sentyabr 2016-cı il tarixli, 09-xx-xx-063171 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 3.355,00 (üç min üç yüz əlli beş manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. AZ-İİ № 895014 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh X5 27 avqust 2017-ci ildə vafat etmiş, xx.xx.2022-ci il tarixli V-400/2022 nömrəli “X11 X8”yə əsasən, Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan 1/2 hissədə pay almışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-21-589/2025 saylı 15 yanvar 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə X3 Banka 3.039,15 (üç min otuz doqquz manat 15 qəpik) manat məbləğində əsas, 51,41 (əlli bir manat 41 qəpik) manat faiz borcu, 508,21 (beş yüz səkkiz manat 21 qəpik) manat Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla ümumilikdə 3.598,77 (üç min beş yüz doxsan səkkiz manat 77 qəpik)manat məbləğində borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişlər, cavabdehlər gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Bununla belə, iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməməsini, iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçiriməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 05 sentyabr 2016-cı il tarixli, 09-xx-xx-063171 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən X4 illik 29 faiz olmaqla 60 ay müddətinə 3355 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 05 sentyabr 2016-cı il tarixli, 09-xx-xx-063171 nömrəli müqaviləyə əsasən, 3355 manat məbləğində kredit borcunu qaytarmaq üçün xəbərdarlıq olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X5 3355 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli “X11 hüququ haqqında” şəhadətnamələrdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 X3 vərəsələridir. İşdə olan “miras payın bağışlanması haqqında” müqavilədən görünür ki, X2 ünvan 1 ünvanında miras qalmış əmlak və Goranboy rayon, Şəfibəyli kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 15/4335 saylı məlumatdan görünür ki, xx.xx.2016-cı il tarixdə kredit verilmiş, X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Belə ki, 3039,15 manat əsas borc məbləği, 51,41 manat faiz borcu qaytarmaq tələb olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş "xxxx" ASC (VÖEN **********) xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan “ölüm haqqında şəhadətnamə” nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixində vəfat etmiş X5 peritonun mezotelioması səbəbindən ölmüşdür. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisinin təyin edilməsi, İddiaçı ASC-nin öhdəliklərinin icrasına tətbiq olunan moratorium müddətində bankın işçilərinin əmək haqqı ödənişlərinin, habelə bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərinin aparılmasına moratorium tətbiq olunmasına icazə verilməsi qərara alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla X5 arasında 05 sentyabr 2016-cı il tarixli, 09-xx-xx-063171 nömrəli kredit müqaviləsinə əsasən, borcalana 60 ay müddətinə illik 29 % dərəcə hesablanmaqla 3355 manat məbləğində kredit xətti açılmış, X5 isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli “X11 hüququ” haqqında şəhafətnamədən görünür ki, X3 miras əmlakına dair X3 oğlu-Cavabdeh1 və oğlu- Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X2 qalmış mirası qəbul etməsinə dair Mingəçevir Asan Xidmət Mərkəzində Notariat Ofisində həmin tarixdə vərəsəlik işi açılmış, vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində maliyyə arayışına əsasən, X3 Kredit müqaviləsi üzrə Banka ödənilməmiş borcu qalmışdır. Cavabdehlər oğlu- Cavabdeh1 və oğlu-Cavabdeh2- X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Beləliklə, iş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 3.039,15 (üç min otuz doqquz manat 15 qəpik) manat məbləğində əsas, 51,41 (əlli bir manat 41 qəpik) manat faiz borcu cavabdehlərdən tutulub iddiaçı banka ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 55 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X5 arasında bağlanmış 05 sentyabr 2016-cı il tarixli, 09-xx-xx-063171 nömrəli kredit müqaviləsi əsasən, 3039,15 manat əsas borc, 51,41 manat faiz borcu, 508,21 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcu olmaqla, cəmi 3598,77 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumu olan 55 manat pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar