Məhkəmə qərarları › İş №e-2(051)-1447/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1447/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1447/2023 08.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 manat əsas, 1214,95 manat faiz borcu olmaqla, cəmi 7961,34 manat məbləğində borcun, 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 manat əsas, 72,79 manat faiz borcu olmaqla, cəmi 469,36 manat məbləğində borcun, 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 manat əsas, 78,68 manat faiz borcu olmaqla, cəmi 363,79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 107,94 manat məbləğində pulun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış GTGK4018164A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8300 manat məbləğində, xx.xx.2021-ci il tarixdə bağlanmış MPZK4176643A299 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 557 manat məbləğində, xx.xx.2021-ci il tarixdə bağlanmış BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit vermişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 manat əsas, 1214,95 manat faiz borcu olmaqla, cəmi 7961,34 manat məbləğində borcu, 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 manat əsas, 72,79 manat faiz borcu olmaqla, cəmi 469,36 manat məbləğində borcu, 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 manat əsas, 78,68 manat faiz borcu olmaqla, cəmi 363,79 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqavilələri üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi işin məhkəmədə baxılmasına hazırlanması iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən ona xx.xx.2021-ci il tarixli, kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8300 manat məbləğində, xx.xx.2021-ci il tarixli, kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 557 manat məbləğində, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. İşləmədiyi üçün ödənişlərində problem yaranmışdır. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, hazırda yeni işə düzəlmişdir, borcunu imkan daxilində ödəyəcəkdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8300 manat məbləğində, xx.xx.2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 557 manat məbləğində, xx.xx.2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN kredit verilmişdir. İşdə olan 29TT**********9831 №li balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh Pərakəndə Satış Departamenti tərəfindən PAN № 416973******3852 bir ədəd plastik kart verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 manat əsas, 1214,95 manat faiz borcu olmaqla, cəmi 7961,34 manat məbləğində, 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 manat əsas, 72,79 manat faiz borcu olmaqla, cəmi 469,36 manat məbləğində, 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 manat əsas, 78,68 manat faiz borcu, cəmi 363,79 manat məbləğində borcu hesablanmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bank Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8300 manat məbləğində, xx.xx.2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 557 manat məbləğində, xx.xx.2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit vermişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əldə etdiyi kredit borcunu hər ay hissə-hissə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 manat əsas, 1214,95 manat faiz borcu olmaqla, cəmi 7961,34 manat məbləğində borcu, 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 manat əsas, 72,79 manat faiz borcu olmaqla, cəmi 469,36 manat məbləğində borcu, 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 manat əsas, 78,68 manat faiz borcu olmaqla, cəmi 363,79 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 8300 manat məbləğində, xx.xx.2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 557 manat məbləğində, xx.xx.2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN kredit verilmişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq əldə etdiyi kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinəəsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka xx.xx.2023-cü il tarixə 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 manat əsas, 1214,95 manat faiz borcu olmaqla, cəmi 7961,34 manat məbləğində, 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 manat əsas, 72,79 manat faiz borcu olmaqla, cəmi 469,36 manat məbləğində, 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 manat əsas, 78,68 manat faiz borcu, cəmi 363,79 manat məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 manat əsas, 1214,95 manat faiz borcu olmaqla, cəmi 7961,34 manat məbləğində; 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 manat əsas, 72,79 manat faiz borcu olmaqla, cəmi 469,36 manat məbləğində; 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 manat əsas, 78,68 manat faiz borcu olmaqla, cəmi 363,79 manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 107,94 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 09 avqust 2021-ci il tarixli, GTGK4018164A299 saylı kredit müqaviləsi üzrə 6746,39 (altı min yeddi yüz qırx altı manat otuz doqquz qəpik) manat əsas, 1214,95 (bir min iki yüz on dörd manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, cəmi 7961,34 (yeddi min doqquz yüz altmış bir manat otuz dörd qəpik) manat məbləğində; 20 sentyabr 2021-ci il tarixli, MPZK4176643A299 saylı kredit müqaviləsi üzrə 396,57 (üç yüz doxsan altı manat əlli yeddi qəpik) manat əsas, 72,79 (yetmiş iki manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 469,36 (dörd yüz altmış doqquz manat otuz altı qəpik) manat məbləğində; 09 avqust 2021-ci il tarixli, BRED4018165A299 saylı kredit müqaviləsinə əsasən 285,11 (iki yüz səksən beş manat on bir qəpik) manat əsas, 78,68 (yetmiş səkkiz manat altmış səkkiz) manat faiz borcu olmaqla, cəmi 363,79 (üç yüz altmış üç manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 107,94 (bir yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar