Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-145/2023 16.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı: "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 9794.65 manat- 9561.71 (doqquz min beş yüz altmış bir manat, yetmiş bir qəpik) manat əsas, 232.61 (iki yüz otuz iki manat, altmış bir qəpik) manat faiz borcu və 0.33 (otuz üç qəpik) manat cərimə borcu olmaqla, iş üzrə ödənilmiş 117.94 (bir yüz on yeddi manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədikləri 45 (qırx beş) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 saylı 0.04 ha torpaq üzərində 2 mərtəbədən, 3 otaqdan, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət mənzilə yönəlməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə qeydiyyatda olan cavabdehlərin qeydiyyatdan çıxarılması, mənzili tərk etmələri və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ipoteka predmeti olan əmlaka tutma yönəldikdə qeydiyyatda olan cavabdehlərin qeydiyyatdan çıxarılması tələbinin tələblər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKL-/47 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 9614 (doqquz min altı yüz on dörd) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli, **********84-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 saylı 0.04 ha torpaq üzərində 2 mərtəbədən, 3 otaqdan, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət mənzili ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh arasında 06 noyabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzil ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli №********** saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********980 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 9561.71 (doqquz min beş yüz altmış bir manat, yetmiş bir qəpik) manat əsas, 232.61 (iki yüz otuz iki manat, altmış bir qəpik) manat faiz borcu və 0.33 (otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9794.65 (doqquz min yeddi yüz doxsan dörd manat, altmış beş qəpik) manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı “«Ata Bank” ASC–nin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə həmin cavabderin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKL-/47 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 9614 (doqquz min altı yüz on dörd) manat məbləğində kredit verilmişdir. İşdə olan MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət mənzil Cavabdeh tam mülkiyyətindədir. İşdə olan xx.xx.2012–ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış sahəsi kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət mənzil xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət mənzil "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin icrasının təminatı kimi "xxxx" ASC–nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən ƏMDK yanında DƏDRX–nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022–ci il tarixli məktubdan görünür ki, bank kredit borcunun ödənilməsinə və ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından olan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli bildirişin qeydə alınması üçün 45 manat rüsum ödənilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-xx.xx.2024-cü il tarixləri ərzində hər ay 204.41 manat ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022–ci il tarixə banka olan əsas kredit borcu 9561.71 manat əsas, 232.61 manat faiz, 0.33 manat cərimə borcu olmaqla, cəmi 9794.65 manat təşkil edir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022–ci il tarixli **********980 saylı bildirişlərdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərardadı ilə təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023–cü il tarixli 013/ATAB/23 nömrəli rəyindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət mənzilin bazar dəyəri 55.000 manat, likvid dəyəri isə 46.000 manat təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə xx.xx.2019-cu il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 9614 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh iddiaçı banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9561.71 manat əsas, 232.61 manat faiz, 0.33 manat cərimə borcu olmaqla, cəmi 9794.65 manat borcu yaranmışdır. Ona görə də iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş, likvid dəyəri isə 46.000 manat olan, cavabdehlərin paylı mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 9614 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 0,04 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). İddiaçı bankla cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış sahəsi kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC–nin cavabdehə qarşı əmələ gəlmiş borc tələbi onun tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış sahəsi açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası MM–nin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2023–cü il tarixli 013/ATAB/23 nömrəli rəyi ilə ipoteka predmetinin bazar dəyəri 55.000 manat, likvid dəyəri isə 46.000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş əmlak satıldıqdan sonra cavabdehlərin həmin əmlakdan çıxarılması və həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 ay ərzində mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC–nin cavabdehə qarşı əmələ gəlmiş borc tələbi cavabdehlərə məxsus ipoteka predmetinə yönəldilməli və açıq hərracdan satıldıqdan bir ay sonra cavabdehlər həmin əmlakdan çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 45 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 117.94 manat dövlət rüsumları cavabdehlərdən alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 350 manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 350 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKL-/47 saylı kredit müqaviləsi üzrə 9561.71 (doqquz min beş yüz altmış bir manat, yetmiş bir qəpik) manat əsas, 232.61 (iki yüz otuz iki manat, altmış bir qəpik) manat faiz borcu və 0.33 (otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9794.65 (doqquz min yeddi yüz doxsan dörd manat, altmış beş qəpik) manat məbləğində pul Cavabdeh alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Tələb, Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDKR publik hüquqi şəxs tərəfindən xx.xx.2019–cu il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış, **********84- 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh tam mülkiyyətində olan, ünvan 1 saylı 0.04 ha torpaq üzərində 2 mərtəbədən, 3 otaqdan, 211.15 kv.m ümumi, 53.50 kv.m yaşayış, 157.65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 9561.71 (doqquz min beş yüz altmış bir manat, yetmiş bir qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra Cavabdeh mənzildən çıxarılsın və mənzil boşaldılsın və "xxxx" ASC–yə təhvil verişlin. Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 45 (qırx beş) manat xidmət haqqı alınıb "xxxx" ASC–yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 117.94 (bir yüz on yeddi manat, doxsan dörd qəpik) manat pul alınıb "xxxx" ASC–yə verilsin. Cavabdeh məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində məhkəmə xərci alınıb, "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadəı edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayilzadə
Məhkəmə qərarları › İş №e-2(051)-145/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-145/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver