Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-146/2025 27.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Səmədova Gülzadə Məhəmməd qızının qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Səmədova Gülzadə Məhəmməd qızının qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit xətti üzrə 158,57 manat əsas borcun, nağd kredit üzrə 7763,80 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 7922,38 manat borcun və ödənilmiş 99,23 manat dövlət rüsumunun, 0,40 bank xidməti haqqının alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Səmədova Gülzadə Məhəmməd qızı arasında bağlanmış BPM**********49 nömrəli xx.xx.2021-ci İİ tarixli X2 müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin Müqaviləyə əsasən Borcalana 48 ay müddətinə illik 21 % dərəcəsi hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən Müqavilənin şərtlərinə əsasən Borcalan həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada kredit məbləğlərini qaytarmağı və onlardan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan xx.xx.2022-ci il tarixində öldüyündən Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir regional “ASAN xidmət" mərkəzində Notariat Ofisinin cavab məktubuna əsasən məlum olmuşdur ki, həmin Notariat Ofisi tərəfindən Səmədova Gülzadə Məhəmməd qızının miras əmlaklarına dair onun vərəsəsi Cavabdeh ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə V-88/2023 saylı vərəsəlik işi açılmışdır. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən Səmədova Gülzadə Məhəmməd qızının kredit xətti üzrə Banka ödənilməmiş158.57 manat əsas və 0 manat faiz borcu, nağd kredit üzrə isə 7763.80 manat əsas və 0.01 manat faiz borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın “Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, borclu Səmədova Gülzadə Məhəmməd qızının qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 158,57 manat əsas borcun, nağd kredit üzrə 7763,80 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 7922,38 manat borcun və ödənilmiş 99,23 manat dövlət rüsumunun, 0,40 bank xidməti haqqının alınması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ifadə verərək bildirdi ki, mərhum Gülzadə Səmədova onun arvadıdır. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Uzun sürən xəstəlikdən sonra o. xx.xx.2022- ci il tarixdə vəfat etmişdir. Sağlığında onun müalicəsi üçün ailəsi olaraq əlindən gələn köməkliyi etmişdir. Buna baxınaraq ağır maddi durumda olduğu üçün və onun müalicəsi böyük xərc tələb etdiyindən, müalicə üçün bankdan kredit götürməyə məcbur olmuşdur. Kredit götürəndən bir müddət sonra ona məlum olmuşdur ki, mərhum qeyd edilən məbləğdə kredit götürmüş və hər ay öz əmək haqqından kreditini ödəmişdir. Qeyd edir ki, o, notariat ofisinə müraciət etməsinə baxmayaraq sonradan müraciət edərək imtina etmişdir. Belə ki. sonradan ona bildirdilər ki. mərhumun adına respublika ərazisində hər hansı daşınar və daşınmaz əmlak olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə almağın heç bir hüquqi əsası yoxdur. Mərhumun adına heç bir əmlak yoxdur və bu səbəbdən hər hansı miras əmlakın vərəsəlik qaydasında qəbulundan və eyni zamanda vərəsə kimi onun qəbul etdiyi miras əmlakla miras qoyanın borclarını ödəməyindən söhbət gedə bilməz. Səmədova Gülzadədəən heç bir əmlak ona miras olaraq qalmamışdır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Səmədova Gülzadə Məhəmməd qızı arasında bağlanmış BPM**********49 nömrəli xx.xx.2021-ci İİ tarixli X2 müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin Müqaviləyə əsasən Borcalana 48 ay müddətinə illik 21 % dərəcəsi hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Səmədova Gülzadə Məhəmməd qızı kredit məbləğinin 30 ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, Səmədova Gülzadə Məhəmməd qızının banka olan borcu 158,57 manat əsas borcun, nağd kredit üzrə 7763,80 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 7922,38 manat məbləğində təşkil edir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədova Gülzadə Məhəmməd qızı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu Cavabdehn xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Mingəçevir regional “ASAN xidmət" mərkəzində Notariat Ofisinin cavab məktubuna əsasən həmin Notariat Ofisi tərəfindən Səmədova Gülzadə Məhəmməd qızının miras əmlaklarına dair onun vərəsəsi Cavabdeh ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə V- 88/2023 saylı vərəsəlik işi açılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Səmədova Gülzadə Məhəmməd qızı arasında BPM**********49 nömrəli xx.xx.2021-ci İİ tarixli X2 müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 24 % dərəcə hesablanmaqla 300 manat məbləğində kredit xətti açılmış, həmçinin həmin Müqaviləyə əsasən Borcalana 48 ay müddətinə illik 21 % dərəcəsi hesablanmaqla 10000 manat məbləğində kredit vermiş, Səmədova Gülzadə Məhəmməd qızı isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 Məhəmməd qızı xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli, 1581 №-li məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Səmədova Gülzadə Məhəmməd qızının miras əmlakına dair Səmədova Gülzadə Məhəmməd qızının əri- Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş arvadı Səmədova Gülzadə Məhəmməd qızından qalmış mirası qəbul etməsinə dair Mingəçevir Asan Xidmət Mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş və həmin tarixdə V-88 saylı vərəsəlik işi açılmış, lakin hər hansı bir əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində maliyyə arayışına əsasən, Səmədova Gülzadə Məhəmməd qızının Kredit müqaviləsi üzrə Banka ödənilməmiş borcu qalmışdır. Cavabdeh - Cavabdehqalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 158,57 manat əsas borcun, nağd kredit üzrə 7763,80 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 7922,38 məbləğində borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 99,23 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Səmədova Gülzadə Məhəmməd qızı arasında bağlanmış kredit müqaviləsi əsasən, 158,57 manat əsas borc, nağd kredit üzrə 7763,80 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 7922,38 manat borcun və ödənilmiş 99,23 manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidməti haqqı mirası qəbul etmiş qanun üzrə vərəsəsi olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 99,23 manat və 0,40 qəpik xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-146/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-146/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver