Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1479/2023 14.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə X1 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 19 aprel 2021–ci il tarixli kredit müqaviləsi üzrə 6489.64 manat əsas kredit borcu, 1010.74 manat faiz borcu 421.5 manat cərimə borcu olmaqla, cəmi 7921.88 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında 19 aprel 2021–ci il il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin banka 6489.64 manat əsas kredit borcu, 1010.74 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 421.5 manat məbləğində cərimə pulu hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən 19 aprel 2021–ci kredit müqaviləsi üzrə 6489.64 manat əsas kredit borcu, 1010.74 manat faiz borcu 421.5 manat cərimə borcu olmaqla, cəmi 7921.88 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiyn, məhkəmə iclasını onların iştirakı olmadan işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2021–ci il t arixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 6489.64 manat əsas kredit borcu, 1010.74 manat faiz borcu 421.5 manat cərimə borcu olmaqla, cəmi 7921.88 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında 19 aprel 2021–ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 6489.64 manat əsas kredit borcu, 1010.74 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 421.5 manat məbləğində cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 6489.64 manat əsas kredit borcu, 1010.74 manat faiz borcu qalmış, öhdəliyini lazımi qaydada icra etmədiyindən 421.5 manat məbləğində cərimə pulu hesablanmışdır. Məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehdən alınıb iddiaçı banka verilməli, hesablanmış dəbbə pulu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun hesablanmasında məhkəmə mütənasiblik tələbini rəhbər tutmalı, cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almalı və dəbbə pulunun azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Odur ki, 19 aprel 2021–ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 6489.64 manat, faiz borcu üzrə 1010.74 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 7510.38 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 19 aprel 2021–ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas kredit borcu üzrə 6489.64 (altı min dörd yüz səksən doqquz manat altmış dörd qəpik) manat, faiz borcu üzrə 1010.74 (bir min on manat yetmiş dörd qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, cəmi 7510.38 (yeddi min beş yüz on manat otuz səkkiz qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1479/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1479/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver