Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1539/2025 29.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********91 saylı, xx.xx.2020-ci il tarixli X6 müqaviləsinə əsasən kart kredit limiti üzrə 994.73 AZN əsas, 23.17 AZN faiz borcu olmaqla cəmi 1017.90 (min on yeddi manat doxsan qəpik) AZN kredit borcunun, ödənilmiş 30.18 (otuz manat on səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, borclu X3 "xxxx" ASC ilə bağladığı BPM**********91 saylı, xx.xx.2020-ci il tarixli X6 müqaviləsinə əsasən 1000 manat məbləğində kart krediti limiti verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1723 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair Mingəçevir şəhəri, X4, ev 5, mənzil 4 ünvanında qeydiyyatda olan – oğlu Cavabdeh2, Mingəçevir şəhəri, X4, ev 5, mənzil 4 ünvanında qeydiyyatda olan – oğlu Cavabdeh3 və ünvan 2 qeydiyyatda olan – qızı Cavabdeh1 miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2025-ci il tarixli kart kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X1 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 994.73 AZN əsas, 23.17 AZN faiz borcu qalmışdır Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan «"xxxx" ASC ilə X3 arasında bağlanmış BPM**********91 nömrəli, xx.xx.2020-ci il tarixli X6 müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən X3 X6sində görə 1000 manat, məbləğində kredit xətti açılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixədək banka olan borc kredit xətti üzrə 994.73 AZN əsas, 23.17 AZN faiz borcu olmaqla, cəmi 1017.90 (min on yeddi manat doxsan qəpik) AZN kredit borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021ci il tarixdə baş-beyinin travmatik ödəmi səbəbindən ölmüşdür. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1723 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair Mingəçevir şəhəri, X4, ev 5, mənzil 4 ünvanında qeydiyyatda olan – oğlu Cavabdeh2, Mingəçevir şəhəri, X4, ev 5, mənzil 4 ünvanında qeydiyyatda olan – oğlu Cavabdeh3 və ünvan 2 qeydiyyatda olan – qızı Cavabdeh1 miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla X3 arasında bağlanmış BPM**********91 nömrəli, xx.xx.2020-ci il tarixli X6 müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən X2 36 ay müddətinə illik 24 % dərəcəsilə hesablanmaqla 1000 manat məbləğində kredit xətti açılmış, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1723 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, X1 miras əmlakına dair Mingəçevir şəhəri, X4, ev 5, mənzil 4 ünvanında qeydiyyatda olan Cavabdeh2, Mingəçevir şəhəri, X4, ev 5, mənzil 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 2 qeydiyyatda olan Cavabdeh1 miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda cavabdehin iddiaçıya cəmi 1017.9 manat kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, BPM**********91 nömrəli, xx.xx.2020-ci il tarixli X6 müqaviləsinə əsasən cavabdeh X1 vərəsələri olan Cavabdeh2, Cavabdeh3 Cavabdeh1 müştərək qaydada alınıb, cəmi 1017.90 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.18 manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdeh X1 vərəsələri olan Cavabdeh2, Cavabdeh3 Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284- 6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə mərhum X1 arasında bağlanmış kredit xətti üzrə 994.73 (doqquz yüz doxsan dörd manat, yetmiş üç qəpik) manat əsas borcun, 23.17 (iyirmi üç manat, on yeddi qəpik) manat faiz borcun, ümumilikdə 1017.90 (bir min on yeddi manat doxsan qəpik) manat məbləğində borc mirası qəbul etmiş vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh X1 vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.48 (otuz manat, qırx səkkiz qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1539/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1539/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver