Məhkəmə qərarları › İş №e-2(051)-155/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-155/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-155/2023 16.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Mətişov Akif Xasay oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mətişov Akif Xasay oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1314,38 manat kredit borcun və ödənilmiş 33,55 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh Mətişov Akif Xasay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Mətişov Akif Xasay oğluna illik 24 faiz olmaqla 50 ay müddətinə 2360 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan krediti və olan hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu Mətişov Akif Xasay oğlu xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirə bilməmişdir. Mingəçevir şəhər Asan Xidmət Mərkəzində Notarial Ofisinin xx.xx.2022-ci il tarixli 77 nömrəli məktubuna əsasən Mətişov Akif Xasay oğlunun miras əmlakına dair Mingəçevir şəhərində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2020-ci il tarixli 2V-251, 2V-252, 2V-253 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Mətişov Akif Xasay oğlunun vərəsəsi Cavabdehdır. Odur ki, borclu Mətişov Akif Xasay oğlunun qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 1311,13 manat əsas borc, 3,25 manat faiz borcu cəmi 1314,38 borcun və 33,55 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla cavabdeh Mətişov Akif Xasay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən bank Mətişov Akif Xasay oğluna illik 24 faiz olmaqla 50 ay müddətinə 2360 manat məbləğində kredit vermişdir. Əldə olunmuş məlumata görə borclu Mətişov Akif Xasay oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Mətişov Akif Xasay oğlunun vərəsəsi Cavabdehdır. Odur ki, borclu Mətişov Akif Xasay oğlunun qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 1314,38 manat kredit borcunun və 33,55 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Mətişov Akif Xasay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********63 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Mətişov Akif Xasay oğluna illik 24 faiz olmaqla 50 ay müddətinə 2360 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Mətişov Akif Xasay oğlu kredit məbləğinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh Mətişov Akif Xasay oğlu iddiaçı bankın Mingəçevir filialından 2360 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Mətişov Akif Xasay oğlunun banka olan borcu 1314,38 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Mətişov Akif Xasay oğlunun vərəsəsi Cavabdehdır. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Mətişov Akif Xasay oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********63 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum Mətişov Akif Xasay oğluna illik 24 faiz olmaqla 50 ay müddətinə 2360 manat məbləğində pul (kredit) vermiş, Mətişov Akif Xasay oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 Xasay oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi kim qalmış mirası qəbul etmişdir. Cavabdeh isə Mətişov Akif Xasay oğlunun vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2019cu il tarixli BPM**********763 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1311,13 manat əsas borc, 3,25 manat faiz borcu cəmi 1314,38 məbləğində borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,55 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Mətişov Akif Xasay oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********763 nömrəli kredit müqaviləsi əsasən, 1311,13 (min üç yüz on bir manat on üç qəpik) manat əsas borc, 3,25 (üç manat iyirmi beş qəpik) manat faiz borcu cəmi 1314,38 (min üç yüz on dörd manat otuz səkkiz qəpik) manat borc mirası qəbul etmiş qanun üzrə vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 33,55 (otuz üç manat əlli beş qəpik) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar