Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1558/2023 03.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 16644,58 (on altı min altı yüz qırx dörd manat, əlli səkkiz qəpik) manat – bundan 115.LN.1676.180919.00002 saylı kredit müqaviləsi üzrə 8032,02 (səkkiz min otuz iki manat, iki qəpik) manat əsas, 5,88 (beş manat, səksən səkkiz qəpik) manat faiz Cavabdeh3 tutulması , - 115.LN.1676.180919.00001 saylı kredit müqaviləsi üzrə 8601,16 (səkkiz min altı yüz bir manat, on altı qəpik) manat əsas, 5,52 (beş manat, əlli iki qəpik) manat faiz Cavabdeh1 tutulması ; -həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat rüsumun və ödənilmiş 140,91 (bir yüz qırx manat,doxsan bir qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Topçubaşov küçəsində xüsusi mülkiyyətdə olan 0.0363 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83.04 kv.m yaşayış, 73.84 kv.m yardımçı, 156.88 kv.m ümumi sahədən ibarət 3A nömrəli fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 və Cavabdeh1 tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə göndərərək bildirmişdir ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll ediblər. Odur ki, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Tərəflər təsdiq edirlər ki, Cavabdehlərin 18 09.2019-cu il tarixli, 115.LN.1676.180919.00001 nömrəli və xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00002 Kredit müqavilələri üzrə xx.xx.2023-cü il tarixinə cəmi 12.905 (on iki min doqquz yüz beş manat) AZN icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00001 nömrəli və xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00002 Kredit müqavilələri üzrə bu Sazişin 2.1 -ci bəndində göstərilən İddiaçıya ödənilməli olan 12.905 (on iki min doqquz yüz beş manat) manat məbləğində olan borcdan 36 ay müddətinə bu Saziş təsdiq edildiyi tarixdən hər ay 358,50 (üç yüz əlli səkkiz manat əlli qəpik) manat ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürür.
3. ipoteka qoyana - məxsus olan Mingəçevir şəhəri, Topçubaşov küçəsində xüsusi mülkiyyətdə olan 0.0363 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83.04 kv.m yaşayış, 73.84 kv.m yardımçı, 156.88 kv.m ümumi sahədən ibarət 3A nömrəli fərdi yaşayış evinin borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir.
4. Tərəflər razılaşır ki, bu Sazişinin 2.2-ci bəndində göstərilən şərtlər Borclular tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan Sazişin 2.3-cü bəndində göstərilən ilkin satış qiyməti müəyyən olunmuş ipoteka predmetinə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmirlər.
5. Tərəflər razılaşırlar ki, xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00001 nömrəli və xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00002 Kredit müqavilələri 12.905 (on iki min doqquz yüz beş manat) manat məbləğindəki öhdəlik Borclular tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Tərəflər təsdiq edirlər ki, Cavabdehlərin 18 09.2019-cu il tarixli, 115.LN.1676.180919.00001 nömrəli və xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00002 Kredit müqavilələri üzrə xx.xx.2023-cü il tarixinə cəmi 12.905 (on iki min doqquz yüz beş manat) AZN icra edilməmiş borc öhdəliyi mövcuddur.
2. xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00001 nömrəli və xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00002 Kredit müqavilələri üzrə bu Sazişin 2.1 -ci bəndində göstərilən İddiaçıya ödənilməli olan 12.905 (on iki min doqquz yüz beş manat) manat məbləğində olan borcdan 36 ay müddətinə bu Saziş təsdiq edildiyi tarixdən hər ay 358,50 (üç yüz əlli səkkiz manat əlli qəpik) manat ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürür.
3. ipoteka qoyana - məxsus olan Mingəçevir şəhəri, Topçubaşov küçəsində xüsusi mülkiyyətdə olan 0.0363 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83.04 kv.m yaşayış, 73.84 kv.m yardımçı, 156.88 kv.m ümumi sahədən ibarət 3A nömrəli fərdi yaşayış evinin borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir.
4. Tərəflər razılaşır ki, bu Sazişinin 2.2-ci bəndində göstərilən şərtlər Borclular tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan Sazişin 2.3-cü bəndində göstərilən ilkin satış qiyməti müəyyən olunmuş ipoteka predmetinə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmirlər.
5. Tərəflər razılaşırlar ki, xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00001 nömrəli və xx.xx.2019-cu il tarixli, 115.LN.1676.180919.00002 Kredit müqavilələri 12.905 (on iki min doqquz yüz beş manat) manat məbləğindəki öhdəlik Borclular tərəfindən tam icra edilərək ödənildikdən sonra ipoteka predmeti ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı X1 cavabdeh X2 qarşı “aliment və təhsil xərci” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
HAKİM Ələkbər Hüseynov