Məhkəmə qərarları › İş №e-2(051)-1566/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1566/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1566/2022 20.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Hüseynov Razim Nadir oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hüseynov Razim Nadir oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1794.14 manat əsas borcun və ödənilmiş 37.94 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla cavabdeh Hüseynov Razim Nadir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********80 nömrəli kredit müqaviləsinə əsasən bank Hüseynov Razim Nadir oğluna illik 20 faiz olmaqla 54 ay müddətinə 2770 manat məbləğində kredit vermişdir. Əldə olunmuş məlumata görə borclu Hüseynov Razim Nadir oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hüseynov Razim Nadir oğlunun vərəsəsi Cavabdehdur. Odur ki, borclu Hüseynov Razim Nadir oğlunun qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 1794.14 manat əsas borcun və 37.94 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Razim Nadir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********80 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Hüseynov Razim Nadir oğluna illik 20 faiz olmaqla 54 ay müddətinə 2770 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynov Razim Nadir oğlu kredit məbləğinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh Hüseynov Razim Nadir oğlu iddiaçı bankın Mingəçevir filialından 2770 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Hüseynov Razim Nadir oğlunun banka olan borcu 1794.14 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Hüseynov Razim Nadir oğlunın vərəsəsi Cavabdehdur. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Hüseynov Razim Nadir oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********80 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20 faiz olmaqla 54 ay müddətinə 2770 manat məbləğində kredit vermişdir. Hüseynov Razim Nadir oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Hazırda cavabdehin iddiaçıya 1794.14 manat əsas kredit borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Hüseynov Razim Nadir oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********80 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum Hüseynov Razim Nadir oğluna illik 20 faiz olmaqla 54 ay müddətinə 2770 manat məbləğində pul (kredit) vermiş, Hüseynov Razim Nadir oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 Nadir oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi kim qalmış mirası qəbul etmişdir. Cavabdeh isə Hüseynov Razim Nadir oğlunun vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2019cu il tarixli BPM**********80 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1794.14 manat məbləğində əsas borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 37.94 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Hüseynov Razim Nadir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********80 nömrəli kredit müqaviləsi əsasən, 1794.14 (min yeddi yüz doxsan dörd manat on dörd qəpik) manat əsas borc, mirası qəbul etmiş qanun üzrə vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 37.94 (otuz yeddi manat doxsan dörd qəpik) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar