Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-157/2023 17.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 Cinşa oğluna, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun alınması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən əsas kredit borcu üzrə 4307,68 manat, faiz borcu üzrə 376,98 manat, 4424,35 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 829.20 manat faiz borcun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 121 manat dövlət rüsumunun Cavabdeh3 alınaraq LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə yönəldilməsi, yuxarıda göstərilən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetndən əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, Qalan məbləğin Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 öz əşyaları ilə birlikdə 1 ay ərzində mənzildən çıxarılaraq mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi ilə 9350 manat məbləğində kredit cavabdehə verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Mingəçevir şəhər A.Məmmədov küçəsndə istifadədə olan 0,162 ha torpaq sahəsində yerləşən 16 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində 5-ci mərtəbəsində yerləşən 57,85 kv.m ümumi, 36.31 kv.m yaşayış sahəsidən ibarət olan 3 otaqlı 10 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması ilə bağlı bankla cavabdeh arasında xx.xx.2015-ci tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Mingəçevir şəhər 2 saylı notariat kontoru tərfindən təsdiq edildikdən sonra xx.xx.2015-ci il tarixli RX sariyalı ******* nömrəli çıxarış verilmişdir. Mənzil İpotekaya qoyulan zaman digər cavabdehlər mənzildə məskunlaşan Cavabdeh1 Cinşa oğlu, Cavabdeh2 və Cavabdeh4 10 saylı mənzilin ipotekaya qoyulmasına və ödənişin ipotekaya yönələcəyi təqdirdə mənzildən çıxacaqları barədə öhdəlik götürmüşlər. Cavabdeh tərəfindən borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Odur ki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin xx.xx.2020-ci il tarixdə kredit borcundan 110 manat ödədiyini, buna görə də iddia müddətinin keçmədiyini və iddia müddətinin tətbiq edilməsinin əsassızdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, bankla arasındakı müqavilə 2015-ci il tarixdə bağlanmışdır. Müqavilə müddəti 3 illikdir. Ödədiyi 110 manat məbləğində pul isə digər kredit müqaviləsinə yəni maşınla bağlı kredit borcuna ödənilmişdir. İndiki vəziyyətdə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri, ərizələri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi ilə 9350 manat məbləğində kredit cavabdehə verilmişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəmə qrafikinə əsasən borclu Cavabdeh3 götürdüyü kredit üzrə hər ay müxtəlif məbləğlərdə olmaqla, xx.xx.2015-xx.xx.2018-ci il ərzində kreditin əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-yə aid maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022ci il tarixə banka olan əsas borcu 4307,68 manat, faiz borcu üzrə 376,98 manat, 4424,35 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 829.20 manat faiz borcu olmaqla, cəmi 9938.2 manat borc təşkil edir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 4307,68 manat, faiz borcu üzrə 376,98 manat, 4424,35 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 829.20 manat faiz borcu olmaqla, cəmi 9938.2 manat borc təşkil edir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-235/2019 saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1102/2022-ci il tarixli xx.xx.2022-ci il qərardadına əsasən iddiaçının şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-235/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh3 həmin tarixlərdə 100 manat olmaqla, banka 2 dəfə ödəniş etmişdir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı ASC tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə görə isə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018ci il tarixdə bitmişdir. Belə olan halda üç illik müddətin axımı xx.xx.2018-ci il tarixdə başlayaraq xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli MF-KL/069 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı ASC Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh3 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. İş materiallarından olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və sair tarixlərdə xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsi üzrə ödənişlər olmuşdur. Çünki, cavabdehin avtomobillə bağlı bağladığı kredit müqaviləsi 2019-cu il tarixdə restruktruzasiya olunduğundan artıq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və sair tarixlərdə cavabdeh tərəfindən ödənişlər edilmişdir. Belə ki, həm ipoteka ilə, həm avtomobillə bağlı ödənişlər eyni hesaba ödənildiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən həmin məbləğlərin məhz xx.xx.2015-ci il tarixli MF-KL/069 Saylı kredit müqaviləsi üzrə ödənilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli Qərarına əsasən əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı ASC-nin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ASC-nin Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcu alınması və sair tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-157/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-157/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver