Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-158/2024 31.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cəmi 5344.75 (beş min üç yüz qırx dörd manat 75 qəpik) manat - bundan 5296.36 (beş min iki yüz doxsan altı manat 36 qəpik) manat əsas, 48.26 (qırx səkkiz manat 26 qəpik) manat faiz , 0.13 (13 qəpik) manat cərimə borcu, iş üzrə ödənilmiş 73.45 (yetmiş üç manat 45 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızna məxsus Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə mənzili tərk etmələri və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4.850,19 manat əsas kredit borcu, 3,01 manat faiz borcu, 0,20 cərimə, ümumilikdə 4,853,40 manat və tərəfimizdən ödənilmiş 73,45 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödədiyimiz 51,00 (əlli bir) manat manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi barədə LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızna məxsus Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin X1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə mənzili tərk etmələri və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razı olduğunu bildirərək, həqiqətən də, AtaBank ASC-yə borcu olduğunu təsdiq etmişdir. Həmçinin borcunu hissə-hissə ödəməçsi barədə bankla razılaşdırıldığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKL-/51 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6360 (altı min üç yüz altmış) manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas kredit borcu 4.850,19 manat əsas kredit borcu, 3,01 manat faiz borcu, 0,20 cərimə, ümumilikdə 4,853,40 manat təşkil edir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir. İşdə olan ********** utqlbqqfn yşvhzkb saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdə olan ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzil kredit müqaviləsinin təminatı kimi iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 ilə iddiaçı bank arasında kredit müqaviləsinə əsasən, bank cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6360 (altı min üç yüz altmış) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh1 iddiaçı banka kredit müqaviləsi üzrə 4.850,19 manat əsas kredit borcu, 3,01 manat faiz borcu, 0,20 cərimə, ümumilikdə 4,853,40 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh1 banka kredit müqaviləsi üzrə əsas kredit borcu 4.850,19 manat əsas kredit borcu, 3,01 manat faiz borcu, 0,20 cərimə, ümumilikdə 4,853,40 manat kredit borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4.850,19 manat əsas kredit borcu, 3,01 manat faiz borcu, 0,20 cərimə, ümumilikdə 4,853,40 manat pul alınıb iddiaçı banka verilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi cavabdehlər tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini ardıcıl olaraq iki dəfə pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş əmlak satıldıqdan sonra cavabdehlərin həmin əmlakdan çıxarılması və həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Ona görə də tutma ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 ay ərzində mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC–nin cavabdehlərə qarşı əmələ gəlmiş borc tələbi cavabdehlərə məxsus ipoteka predmetinə yönəldilməli və açıq hərracdan satıldıqdan bir ay sonra cavabdehlər həmin əmlakdan çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,45 manat dövlət rüsumları cavabdehlərdən alınaraq iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FKL-/51 saylı kredit müqaviləsi üzrə 4.850,19 manat əsas kredit borcu, 3,01 manat faiz borcu, 0,20 cərimə, ümumilikdə 4,853,40 manat məbləğində pul Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC– yə verilsin. Tələb, ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21-A mənzil 39 saylı binanın 5-ci mərtəbəsində 69.88 kv.m. ümumi, 47.30 kv.m. yaşayış sahəsindən ibarət mənzilə yönəldilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 4,853,40 manat məbləğində pul alınıb "xxxx" ASC–yə verilsin. İpoteka predmeti satıldıqdan 1 bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılsın və mənzil boşaldılsın və "xxxx" ASC–yə təhvil verişlin. Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 51 manat xidmət haqqı alınıb "xxxx" ASC–yə verilsin. İpoteka ilə yüklü edilmiş, daşınmaz əmlakın ilkin qiyməti 25 000 manat müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,45 manat pul alınıb "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadəı edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-158/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-158/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver