Məhkəmə qərarları › İş №e-2(051)-166/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-166/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-166/2025 17.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh: Cavabdeh1 Mingəçevir Rayonlararası Lal və Kar Cəmiyyətinin İdarə Heyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cəbrayılov Bəhrəm Qasım oğlunun qanun üzrə vərəsəsi olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cəbrayılov Bəhrəm Qasım oğlunun qanun üzrə vərəsəsi olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdeh Cəbrayılov Bəhrəm Qasım oğlunun qanun üzrə vərəsəsi olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6320.93 manat əsas, 1546.61 manat faiz, 566.32 cərimə borcunun və ödənilmiş 104.34 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəbrayılov Bəhrəm Qasım oğluna İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8200 (səkkiz min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1879.07 manat ödəniş etmiş və onun iddiaçıya 6320.93 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 448 gün üçün hesablanmış faiz borcu 1546.61 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 448 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 566.35 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilən arayışlaborclu Cəbrayılov Bəhrəm Qasım oğlununvəfat etdiyiİddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından Mingeçevir Regional“Asan Xidmət” mərkəzində notariat ofisində 09.0802023-cü il tarixində V-356/2023 saylı vərəlik işinin açıldığı və xx.xx.2023-cü il tarixində Cəbrayılov Bəhrəm Qasım oğlunun vərəsələri kimi Cavabdeh2 və Cavabdeh1 Bəhram oğluna 2V-985 və 2V-986 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verildiyi məlum olmuşdur. Odur ki, borclu Cəbrayılov Bəhrəm Qasım oğlunun qanun üzrə vərəsəsi, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6320.93 manat əsas, 1546.61 manat faiz, 566.32 manat cərimə borcunun, cəmi 8433.89 manat borcun və 104.34 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Bəhram oğlu məhkəmə iclasına dəvət olunmuş surdotərcüməçi X3 vasitəsilə iddianı qəbul etmiş və bildirmişdir ki, borc onun özünün şəxsi borcu deyil. X4 götürmüş, götürdükdən sonra 1879.07 manat ödəniş etmiş, sonra ölmüşdür. Cavabdeh1 Bəhram oğlu bildirdi ki, hal-hazırda onu ödəmək imkanı yoxdur. Belə ki, 150 manat əlilliyə görə müavinət alır. Odur ki, məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. Cavabdeh2 əvvəlki məhkəmə iclası zamanıiddianı qəbul etdi və bildirdi ki, halhazırda onu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Cəbrayılov Bəhrəm Qasım oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 015A********** №-li kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cəbrayılov Bəhrəm Qasım oğluna illik 2.0833 faiz olmaqla 36 ay müddətinə 8200 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cəbrayılov Bəhrəm Qasım oğlu kredit məbləğinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cəbrayılov Bəhrəm Qasım oğlunun banka olan borcu 6320.93 manat əsas, 1546.61 manat faiz, 566.32 cərimə borcu olmaqla məbləğində təşkil edir. İşdə olan vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Cəbrayılov Bəhrəm Qasım oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, banka olan X4 Qasım oğlunun borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10142 saylı ekspert rəyindən görünür ki, Cəbrayılov Bəhrəm Qasım oğlunun hesablamalar arayışın tarixinə xx.xx.2024-cü il tarixə banka olan borcu 6261.33 manat əsas, 2043.60 manat faiz borcu təşkil edir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cəbrayılov Bəhrəm Qasım oğlu arasında xx.xx.2022-ci il tarixli 015A**********№-li kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum Cəbrayılov Bəhrəm Qasım oğluna illik 2.0833 faiz olmaqla 36 ay müddətinə 8200 manat məbləğində pul (kredit) vermiş, Cəbrayılov Bəhrəm Qasım oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X5 Qasım oğlu xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cəbrayılov Bəhrəm Qasım oğlunun Kredit müqaviləsi üzrə Banka ödənilməmiş 6320.93 AZN əsas, 1546.61 AZN faiz borcu və 566.32 manat cərimə borcu qalmışdır. Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" QSC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/10142 saylı ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə nəticəyə gəlir ki, ekspert rəyi nəzərə alınmamalıdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü əsasında təyin edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə– mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Beləliklə, iş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 30 may 2024-cü il tarixli bildirişə əsasən 6320.93 manat əsas, 1546.61 manat faiz borcu alınmalı, 566.32 manat cərimə pulu AR MM-nin 467-ci maddəsinə əsasən azaldılmalı, 20 manat cərimə olmaqla, cəmi 7887.54 manat borcu cavabdehdən tutulub iddiaçı banka ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin təmin edilmiş hissəsinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 98.88 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli 015A**********№-li kredit (borc) müqaviləsi kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6320.93 manat əsas borc, 1546.61 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 7887.54 məbləğində borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə 98.87 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə mərhum Cəbrayılov Bəhrəm Qasım oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015A**********№-li kredit müqaviləsi əsasən, 6320.93 (altı min üç yüz iyirmi manat doxsan üç qəpik) manat əsas borc, 1546.61 (bir min beş yüz qırx altı manat, altmış bir qəpik) manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 7887.54 (yeddi min səkkiz yüz səksən yeddi manat, əlli dörd qəpik) manat borc mirası qəbul etmiş qanun üzrə vərəsəsi olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianın təmin edilmiş hissəsinə münasibətdə 98.87 dövlət rüsumu müştərək qaydada alınıb İddiaçı QapalıSəhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar