Məhkəmə qərarları › İş №e-2(051)-1660/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1660/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1660/2023 02.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 50000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun tutlaraq ona verilməsi və borc məbləğinin cavabdehin əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 50000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun tutlaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, O, xx.xx.2023-cü il tarixdə X2 xidmət Mərkəzində notariat kontotrunda Cavabdeh ilə kredit müqaviləsi bağlamaqla ona 50000 manat məbləğində borc vermişdir. Həmin məbləği Cavabdeh xx.xx.2023-cü il tarixədək notarisun depozit hesabı vasitəsi ilə qaytarmağı öz öhdəsinə götürsə də hazırkı müddətə qədər borcunu qaytarmamışdır. Dəfələrlə tələb etmiş, hər dəfə də yaxın müddətə qaytaracağına söz vermiş cavabdeh qalan puldan heç bir vəsait qaytarmamışdır. Ona görə də Cavabdeh 50000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun tutlaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməfyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı və Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 50000 manat borc pul verir, borc alan 50000 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə alır, borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edlimiş ərizədən görünür ki, Cavabdeh iddianı etiraf edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə X2 xidmət Mərkəzində notariat kontotrunda İddiaçı Cavabdeh ilə kredit müqaviləsi bağlamaqla cavabdehə 50000 manat borc vermişdir. Həmin məbləği Cavabdeh xx.xx.2023-cü il taprixdə qaytarmağı öz öhdəsinə götürsə də hazırkı müddətə qədər borcunu qaytarmamışdır. İddiaçı tərəf dəfələrlə tələb etmiş, hər dəfə də yaxın müddətə qaytaracağına söz vermiş cavabdeh qalan puldan heç bir vəsait qaytarmamışdır. Beləliklə İddiaçı Cavabdeh verdiyi borcu pulun qaytarılması tələbinə dair məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında həqiqətəndə təsdiq olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə iddiçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair notarial qaydada müqavilə imzalanmışdır. Cavabdeh iddiaçıdan aldığı borc pulun qaytarılması ilə bağlı iş materiallarına sübut kimi əlavə edilmiş notarial qaydada imzanmış kredit müqavilələri ilə də iddiaçıdan həmin pul vəsaitini qəbul etdiyini və qaytaracağına söz vermişdir. Lakin cavabdeh bir neçə dəfə məhkəmə iclasına dəvət olunsada məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə kredit müqaviləsini bağlanılmasını və İddiaçı 50000 manat borcunun olmasını etiraf etmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul borcunun iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da həmin məbləğin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. İddiaçı məhkəməyə təqdim etdiyi kredit müqaviləsi ilə iddia ərizəsində göstərilən pul borcunun onun tərəfindən cavabdehə verilməsini sübut etmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiymi ərizə ilə iddianı etiraf etmişdir. Cavabdeh etirafı üçüncü şəxslərin hüquqlarnı pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Əbilbəyli X1 Regional Asan xidmət Mərkəzində notariat kontotrunda Cavabdeh ilə kredit müqaviləsi bağlamaqla 50000 manat məbləğində borc vermişdir. Cavabdeh isə həmin pulu xx.xx.2023-cü il tarixdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə bu normaların tələbindən çıxış edərək belə nəticəyə gəlirki iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Cavabdeh 50000 (əlli min) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 240 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq. q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 50000 (əlli min) manat pul tutularaq İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş 240 (iki yüz qırx) manat Cavabdeh tutulub İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verilidiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar