Məhkəmə qərarları › İş №e-2(051)-1682/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1682/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1682/2023 09.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1242.07 manat əsas borc, 765.44 manat müqavilə müddətində hesablanmış faiz borcu, 134.39 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu, cəmi 2141.9 manat borcun və ödənilmiş 41.42 manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 1015.92 manat əsas borc, 1.3 manat müqavilə müddətində hesablanmış faiz borcu, cəmi 1017.22 manat borcun və ödənilmiş 41.42 manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı banka verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla Əliyev Əli Mahmud oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsinə əsasən bank Əliyev Əli Mahmud oğluna illik 29 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2628 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Əliyev Əli Mahmud oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ** BL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə arvadı - Cavabdeh 2V-407 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, Cavabdeh 1015.92 manat əsas borc, 1.3 manat müqavilə müddətində hesablanmış faiz borcu, cəmi 1017.22 manat borcun və ödənilmiş 41.42 manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqının alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, o, Əliyev Əli Mahmud oğlunun vərəsəsidir. X1 Mahmud oğlundan miras qalmış ** BL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə ona 2V-407 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həqiqətən də Əli Əliyev xx.xx.2018-ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 29 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində kredit götürmüşdür. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, lakin buna imkanı olmamışdır. Bununla belə bundan sonra maddi imkanı çatdığı qədər borcdan ödəniş edəcəkdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Əli Mahmud oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Əliyev Əli Mahmud oğluna illik 29 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Əli Mahmud oğlu kredit məbləğinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixi ərzində ödənilməsinə razı olmuşlar. Əliyev Əli Mahmud oğlu həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh Əliyev Əli Mahmud oğlu iddiaçı bankın Mingəçevir filialından 1880 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixədək Əliyev Əli Mahmud oğlunun banka olan borcu 1015.92 manat əsas borc, 1.3 manat faiz borcu, cəmi 1017.22 manat məbləğində təşkil edir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2628 nömrəli məktubundan görünür ki, Əliyev Əli Mahmud oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ** BL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə arvadı - Cavabdeh 2V-407 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Əliyev Əli Mahmud oğlu arasında xx.xx.2018-ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində kredit vermişdir. Əliyev Əli Mahmud oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ondan qalmış mirası qəbul etmişdir. Hazırda cavabdehin iddiaçıya 1015.92 manat əsas kredit borcu qalmış və krediti ödəmədiyinə görə iddiaçı bank tərəfindən əsas məbləğə 1.3 manat isə faiz hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Əliyev Əli Mahmud oğlu arasında xx.xx.2018-ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank X1 Mahmud oğluna illik 29 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində pul (kredit) vermiş, Əliyev Əli Mahmud oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. X2 Mahmud oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Cavabdeh isə Əliyev Əli Mahmud oğlunun vərəsəsi olmasına və ondan qalmış mirası qəbul etməsinə baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.5–ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743.1–ci maddəsində göstərilmişdir ki, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2018ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1015.92 manat əsas borc, 1.3 manat faiz borcu, cəmi 1017.22 manat məbləğində pul alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 41.42 manat məbləğində pul və 0.4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 Mahmud oğlu arasında bağlanmış xx.xx.2018ci il tarixli 39-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsinə əsasən, 1015.92 (bir min on beş manat, doxsan iki qəpik) manat əsas borc, 1.3 (bir manat, otuz qəpik) manat faiz borcu, cəmi 1017.22 (bir min on yeddi manat, iyirmi iki qəpik) manat məbləğində borc mirası qəbul etmiş vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 41.42 (qırx bir manat, qırx iki qəpik) manat pul və 0.4 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar