Məhkəmə qərarları › İş №e-2(051)-1713/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1713/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1713/2024 21.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 (iki min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2500 manat, dövlət rüsumu kimi ödənilmiş 45 manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 300 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 ilə normal ünsiyyəti olmuşdur. Cavabdehlər Cavabdeh1 və onun dayısı Cavabdeh2 ondan ümumilikdə 2500 manat borc pul almışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qəbz yazaraq borcunu etiraf etsə də guya 700 manatı qaytardığını bildirmişdir. Sözügedən qəbzi iddiaçı onu polis şöbəsinə şikayət etdikdən sonra yazmışdır. O, cavabdehlərdən Mingəçevir Şəhər Polis şöbəsinə şikayət etmiş və bu barədə material toplanmışdır. Həmin materiallar məhkəmə iclasında gətirildiyi halda ona dəymiş ziyanın nədən ibarət olması bilinər. Sözügedən məbləği cavabdehlər müxtəlif bəhanələrlə almış və hazırda borcu verə bilməyəcəklərini bildirməklə müddət uzadırlar. Sözügedən 2500 manat məbləğində pul cavabdehlərə verilməsinə baxmayaraq cavabdehlər pulu qaytarmamışlar. Bununla bağlı yazılı və mötəbər sübutlarını məhkəmə iclasında təqdim edə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2500 (iki min beş yüz) manat məbləğində pulun, 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun və 300 (üç yüz) manat məbləğində vəkilə xidmət haqı kimi ödənilmiş pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Bununla belə əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, həqiqətən də İddiaçı 3500 manat pul almışdır. Borcunu hissə-hissə qaytardıqdan sonra iddiaçıya 1800 manat borcu qalmışdır. Bununla bağlı qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Həmin pulu dayısına verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, bildirdi ki, Cavabdeh1 onun bacısı qızıdır. Cavabdeh1 iddiaçıdan 2500 manat borc pul alması və qaytarıbqaytarmaması barədə onun heç bir məlumatı yoxdur. O, özü iddiaçıdan pul almayıb. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, Cavabdeh1 onun bacısı qızıdır, digər cavabdeh Telman Bədəlov isə qardaşıdır. Bacısı qızı Lətifə həqiqətən də iddiaçıdan 2500 manat məbləğində borc pul almışdır. Həmin pulun 700 manatını iddiaçıya qaytarmışdır. Lətifə aldığı pulu Telmana verməyib. Lətifə həmin pulu anasının müalicəsinə və evlərinin təmirinə xərcləmişdir. İş materialları Mingəçevir Şəhər Polis X1 1157 saylı təhqiqat materialında xx.xx.2024 tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində İddiaçı verdiyi izahatda göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Cavabdeh1 ondan dayısına vermək üçün 2500 manat pul almışdır. Lətifə həmin pulun 700 manatını ona qaytarmışdır. Qalan 1800 manatı qaytarmamışdır. İş materialına əlavə edilmiş məzmunu “Mən Əliyeva (Ağakişyeva)Lətifə Binyamin qızı bildirirəm ki, tanışım İddiaçı 2023-cü il 2500 manat borc pul almışam. Həmin pulun 700 manatını hissə-hissə qaytarmışam. Hazırda İddiaçı 1800 manat borcum qalıb. İmza Cavabdeh1. Tarix xx.xx.2024” Vəkil xidmət “Kredit haqqında” bildirişdən görünür ki, Hüseynli X2 Şəhər Vəkil Bürosuna 300 manat məbləğində pul ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzə əsasən Hüseynli X2 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş halları Cavabdeh1 İddiaçı 2500 manat məbləğində borc pul almışdır. Bunu cavabdeh təsdiq etmişdir. Cavabdeh iddiaçıya 1800 manat borcu qaldığınıbildirmişdir. İddiaçı da cinayət təqibini həyata keçirən orqanda izahat verərkən həmin halı təsdiq etmişdir. İddiaçı tərəfindən digər cavabdeh Telman Bədəlova pul verilməsi təsdiq olunmur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialına əlavə edilmiş iddiaçı polis şöbəsinə verdiyi izahatında Cavabdeh1 ondan 2023-cü ilin sentyabr ayında 2500 manat pul aldığı, bunun 700 manatını qaytardığını bildirmişdir. Cavabdeh1 da özünün yazdığı qəbzdə iddiaçıdan 2500 manat pul aldığını, onun 700 manatını qaytardığını qeyd etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda iddiaçıya 1800 manat borclu olduğunu bildirmişdir. Belə olan halda iddiaçı 1800 manat pulu tələb etməkdə haqlıdır. Məhkəmə pulun müştərək qaydada digər cavabdehdən də tələb edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı pulun digər cavabdeh X4 da verməsini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehlər bu pulun X4 verilməsini təkzib etmişlər. Belə olan halda iddia digər cavabdeh X4 münasibətdə əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən qismən təmin edilməli və Cavabdeh1 1800 manat pul alınaraq İddiaçı verilməlidir. İddianın qismən təmin edilməsinə mütənasib olaraq 32,4 manat dövlət rüsumu və vəkilə xidmət haqqına görə ödənilmiş 216 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1800 (min səkkiz yüz) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 32,4 (otuz iki manat qırx qəpik) manat və vəkilə ödənilmiş xidmət haqqının əvəzi 216 (iki yüz on altı) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar