Məhkəmə qərarları › İş №e-2(051)-172/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-172/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-172/2023 16.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin qeyri bank kredit təşkilatının cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 4534,33 manat əsas kredit borcu, 1170,15 manat faiz borcu olmaqla, cəmi 5704,48 manat məbləğində pulun və ödənilmiş 77,45 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə iddia həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat məbləğində pulun və ödənilmiş 81,18 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddiasını onunla əsaslandırmışdır ki, bankla Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsinə bağlanmışdır. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsinə əsasən 48 ay müddətində, illik 28% olmaqla 11000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Cavabdeh üzrə müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla cavabdeh Zamin arasında müvafiq olaraq, xx.xx.2019-cu il tarixli, MN-00022735 saylı və MN-00022739 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh təşkilata xx.xx.2019cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi üzrə 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi üzrə 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat və ödənilmiş 81,18 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa və iddia həcminin artırılmasına dair ərizəyə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, borcunun bir qismini ödəmiş, beləliklə, xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsinə əsasən 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat borcu qalmışdır. Kredit götürəndə işləmişdir. Sonra işdən çıxdı və borcunu ödəyə bilmədiyi üçün, banka müraciət edərək aylıq ödənişin aşağı salınmasını xahiş etmişdir. Bank isə sadəcə 30 manat aşağı fərq etməmişdir. Maddi imkanı olmadığı üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırki dövrdə də borcunu tam ödəyə bilmir. Ona görə də məhkəmədən ona güzəşt edilməsini xahiş etmişdir. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, bankla Cavabdeh ilə xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsinə əsasən 48 ay müddətində, illik 28% olmaqla 11000 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Cavabdeh üzrə müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Beləliklə hazırki vaxta cavabdehin 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat borcu yaranmışdır. İşdə olan İddiaçı ASC ilə digər cavabdeh Zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 600804-377823/4 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə cavabdeh Zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN-0047039-F nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi üzrə 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli xəbərdalıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsinə dair müraciət olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana 11000 manat məbləğində krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi Zamin ilə təşkilat arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdehlər iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə xx.xx.2019-cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi üzrə 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh Zamin da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh, X1 və Zamin xx.xx.2019cu il tarixli, 600804-377823/4 kredit müqaviləsi üzrə 4534,33 manat əsas kredit borcu, 1503,65 manat faiz borcu olmaqla, cəmi 6037,98 manat məbləğində pul alınıb İddiaçı ASC-ə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli, 600804- 377823/4 kredit müqaviləsi üzrə 4534,33 (dörd min beş yüz otuz dörd manat otuz üç qəpik) manat əsas kredit borcu, 1503,65 (min beş yüz üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 6037,98 (altı min otuz yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC qeyri bank kredit təşkilatına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,18 (səksən bir manat on səkkiz qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada alınıb İddiaçı ASC qeyri bank kredit təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar