Məhkəmə qərarları › İş №e-2(051)-1796/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1796/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1796/2022 14.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Həsənov İsmət Möhübəli oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Həsənov İsmət Möhübəli oğlunun qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 787.92 manat əsas borcun və ödənilmiş 30.00 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh Həsənov İsmət Möhübəli oğlu arasında bağlanmış xx.xx.2016-cu il tarixli xx.xx.2016-SM1393 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Həsənov İsmət Möhübəli oğluna illik 22 faiz olmaqla 36 ay müddətinə 1540 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan krediti və olan hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu Həsənov İsmət Möhübəli oğlu xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirə bilməmişdir. Mingəçevir şəhər Asan Xidmət Mərkəzində Notarial Ofisinin xx.xx.2022-ci il tarixli 77 nömrəli məktubuna əsasən Həsənov İsmət Möhübəli oğlunun miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2018-ci il tarixli 2V-464 resyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Həsənov İsmət Möhübəli oğlunun vərəsəsi Cavabdehdır. Odur ki, borclu Həsənov İsmət Möhübəli oğlunun qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 787.92 manat əsas borcun və 30.00 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla cavabdeh Həsənov İsmət Möhübəli oğlu arasında bağlanmış xx.xx.2016-cu il tarixli xx.xx.2016-SM1393 nömrəli kredit müqaviləsinə əsasən bank Həsənov İsmət Möhübəli oğluna illik 22 faiz olmaqla 36 ay müddətinə 1540 manat məbləğində kredit vermişdir. Əldə olunmuş məlumata görə borclu Həsənov İsmət Möhübəli oğlu xx.xx.2018-cu il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Həsənov İsmət Möhübəli oğlunun vərəsəsi Cavabdehdır. Odur ki, borclu Həsənov İsmət Möhübəli oğlunun qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 787.92 manat əsas borcun və 30.00 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etdi, ancaq bildirdi ki, hazırda imkanı yoxdur. Odur ki, banka olan kredit borcunu heç cür ödəyə bilməyəcək. Məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Həsənov İsmət Möhübəli oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli xx.xx.2016-SM1393 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Həsənov İsmət Möhübəli oğluna illik 22 faiz olmaqla 36 ay müddətinə 1540 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Həsənov İsmət Möhübəli oğlu kredit məbləğinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh Həsənov İsmət Möhübəli oğlu iddiaçı bankın Mingəçevir filialından 1447,6 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Həsənov İsmət Möhübəli oğlunun banka olan borcu 787.92 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Həsənov İsmət Möhübəli oğlunun vərəsəsi Cavabdehdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Həsənov İsmət Möhübəli oğlu arasında xx.xx.2016-cı il tarixli xx.xx.2016-SM1393 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum Həsənov İsmət Möhübəli oğluna illik 22 faiz olmaqla 36 ay müddətinə 1540 manat məbləğində pul (kredit) vermiş, Həsənov İsmət Möhübəli oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 Möhübəli oğlu xx.xx.2018-cu il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi kim qalmış mirası qəbul etmişdir. Cavabdeh isə Həsənov İsmət Möhübəli oğlunun vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2016cı il tarixli xx.xx.2016-SM1393 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 787.92 manat məbləğində əsas borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.00 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Həsənov İsmət Möhübəli oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli xx.xx.2016-SM1393 nömrəli kredit müqaviləsi əsasən, 787.92 (yeddi yüz səksən yeddi manat doxsan iki qəpik) manat əsas borc, mirası qəbul etmiş qanun üzrə vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30.00 (otuz) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar