Məhkəmə qərarları › İş №e-2(051)-1859/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1859/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1859/2023 21.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia qaldıraraq, cavabdehdən iddiaçının 1758.28 AZN əsas, 27.50 AZN faiz, olmaqla, cəmi 1785.78 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 38.26 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 1 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi göndərilmişdir. 1 saylı Mənzil İstismar Sahəsindən məhkəməyə Cavabdeh xx.xx.2020-ci il tarixdə ölməsi barədə qeyd yazılmış bildiriş daxil oldmuşdur. Məhkəm bu səbəbdən elektron sorğu vermiş və elektron informasiya sistemdən Cavabdeh xx.xx.2020-ci il tarixdə ölməsi barədə məlumat əldə etmişdir. Məhkəmə iş maeriallarını nəzərədən keçrib hesab edir ki, ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından, işin məhkəmədə baxılmalı olmaması əsası mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, elektron informasiya sistemdən çıxarışdan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdehin öldüyü vaxtdan iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun adına hər hansı vərəsəlik işi açılmamış, elektron notariat informasiya sistemində də cavabdehin adına vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən də cavabdehin adına vərəsəlik işinin açılması, onun vərəsələrinin müəyyən edilməsi onun miras əmlakı barəsində, habelə miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi kimi hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə cavabdeh xx.xx.2020-ci il tarixində öldüyü halda, İddiaçı "xxxx" ASC 14 iyul 2023-cü il tarixdə, yəni cavabdehin ölümündən 3 il 5 ay keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən mülki-prosessual hüquq qabiliyyətinə və mülkiprosessual fəaliyyət qabiliyyətinə malikdir və öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsinə əsasən Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İş materiallarından görünür ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəm hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəm iddiaçıya izah etməlidir ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq tələbi cavabdehin prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə biləcəyi izah edilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar