Məhkəmə qərarları › İş №e-2(051)-1921/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1921/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1921/2022 10.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə Cavabdeh2 iştirakı ilə İddiaçı MMC qeyri bank kredit təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı qeyri bank kredit təşkilatı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********1389 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 2729,16 manat əsas kredit borcu, 19,77 manat faiz borcu olmaqla, cəmi 2748,93 manat və **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75 manat əsas kredit borcu, 40,90 manat faiz borcu olmaqla, cəmi 5819,65 manat məbləğində pulun və ödənilmiş 106 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı təşkilat iddiasının onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli **********1389 saylı kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2928,14 manat, **********01376 saylı Güzəştli kredit müqaviləsi ilə bu müqqavilə imzalanan tarixə 6058,78 qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun **********1389 saylı kredit müqaviləsinə əsasən bir il güzəşt müddətində hər ay 2,52 manat, dörd il müddətində isə hər ay 62,27 manat, **********1376 saylı kredit müqaviləsinə əsasən bir il güzəşt müddətində hər ay 5,22 manat, dörd il müddətində isə hər ay 128,86 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh1 arasında eyni tarixli **********1***-******* saylı və **********1***-******* saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh2 təşkilata **********1389 saylı kredit müqaviləsi üzrə 2729,16 manat əsas kredit borcu, 19,77 manat faiz borcu olmaqla, cəmi 2748,93 manat və **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75 manat əsas kredit borcu, 40,90 manat faiz borcu olmaqla, cəmi 5819,65 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, **********1389 saylı kredit müqaviləsi üzrə 2729,16 manat əsas kredit borcu, 19,77 manat faiz borcu olmaqla, cəmi 2748,93 manat və **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75 manat əsas kredit borcu, 40,90 manat faiz borcu olmaqla, cəmi 5819,65 manat məbləğində pul və ödənilmiş 106 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də xx.xx.2019-cu il tarixli **********1389 saylı və xx.xx.2019-cu il tarixli **********1376 saylı kredit müqaviləsinə əsasən cəmi 8568,58 manat borcu yaranmışdır. Maddi imkanı olmadığı üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Zamini də ödəniş etmək iqtidarında deyildir. Maddi imkanı düzəldikdən sonra borcunu hissə-hissə ödəyə bilər. Çünki o, hazırda bu borcu tam ödəyə bilməz. Ona görə də məhkəmədən ona güzəşt edilməsini xahiş edir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqramla müraciət edərək, onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı ərtizəsini, cavabdehin izahatıni,şdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC qeyri bank kredit təşkilatı ilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli **********1389 saylı kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2928,14 manat, xx.xx.2019-cu il tarixli **********1376 saylı kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 6058,78 manat qalıq məbləği illlik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun **********1389 saylı kredit müqaviləsinə əsasən bir il güzəşt müddətində hər ay 2,52 manat, dörd il müddətində isə hər ay 62,27 manat, **********1376 saylı kredit müqaviləsinə əsasən bir il güzəşt müddətində hər ay 5,22 manat, dörd il müddətində isə hər ay 128,86 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İşdə olan İddiaçı MMC qeyri bank kredit təşkilatı ilə digər Cavabdeh1 arasında bağlanmış Cavabdeh1 arasında eyni tarixli **********1***-******* saylı və **********1***- ******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 İddiaçı qeyri bank kredit təşkilatı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********1389 nömrəli və xx.xx.2019-ci il tarixli **********1376 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli **********1389 saylı kredit müqaviləsi üzrə 2729,16 manat əsas kredit borcu, 19,77 manat faiz borcu olmaqla, cəmi 2748,93 manat və xx.xx.2019-ci il tarixli **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75 manat əsas kredit borcu, 40,90 manat faiz borcu olmaqla, cəmi 5819,65 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli **********1389 saylı və xx.xx.2019-cu il tarixli **********1376 saylı kredit (restrukturizasiya) müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana 2928,14 manat və 6058,78 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh1 ilə təşkilat arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdehlər iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Cavabdeh2 krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə xx.xx.2019-cu il tarixli **********1389 saylı kredit müqaviləsi üzrə 2729,16 manat əsas kredit borcu, 19,77 manat faiz borcu olmaqla, cəmi 2748,93 manat və xx.xx.2019-cu il tarixli **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75 manat əsas kredit borcu, 40,90 manat faiz borcu olmaqla, cəmi 5819,65 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********1389 saylı kredit müqaviləsi üzrə 2729,16 manat əsas kredit borcu, 19,77 manat faiz borcu olmaqla, cəmi 2748,93 manat və xx.xx.2019-ci il tarixli **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75 manat əsas kredit borcu, 40,90 manat faiz borcu olmaqla, cəmi 5819,65 manat məbləğində pul alınıb İddiaçı qeyri bank kredit təşkilatı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli **********1389 saylı kredit müqaviləsi üzrə 2729,16(iki min iyirmi doqquz manat on altı qəpik) manat əsas kredit borcu, 19,77(on doqquz manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 2748,93(iki min yeddi yüz qırx səkkiz manat doxsan üç qəpik) manat və xx.xx.2019-cu il tarixli **********1376 saylı kredit müqaviləsi üzrə 5778,75(beş min yeddi yüz yetmiş səkkiz manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 40,90(qırx manat doxsan qəpik) manat faiz borcu olmaqla, cəmi 5819,65(beş min səkkiz yüz on doqquz manat altmış beş qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC qeyri bank kredit təşkilatına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 106 (yüz altı manat) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı MMC qeyri bank kredit təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar