Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1923/2022 03.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı 8000 manat əsas borc, 549.1 manat faiz borcu olmaqla, cəmi 8549.1 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 105.9 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC-nin “Tərtər” filialı ilə Cavabdeh arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000036338 №li kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18.9% dərəcəsi ilə hesablanmaqla, 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000036338 №li balansdankənar məxaric orderini imzalamaqla 8000 manat məbləğində krediti ödəniş kartı vasitəsilə xx.xx.2022-ci il tarixdə məxaric etmişdir. Lakin kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. 8000 manat əsas borc, 549.1 manat faiz borcu olmaqla, cəmi 8549.1 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 105.9 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000036338 №li kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 18.9% dərəcəsi ilə hesablanmaqla, 8000 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə xx.xx.2022-ci il tarixli, TL-EE000036338 №li tam kart müqaviləsi və xx.xx.2022-ci il tarixli, CL- EE000036338 №li Bank hesabının açılması və xidmət göstərilməsinə dair Müqavilə əlavə edilmişdir. İşə xx.xx.2022-ci il tarixli, EE000036338 №li balansdankənar məxaric orderi və hesabdan çıxarış əlavə edilmişdir. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 8000 manat əsas borc, 549.1 manat faiz borcu olmaqla, cəmi 8549.1 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 8000 manat əsas borc, 549.1 manat faiz borcu olmaqla, cəmi 8549.1 manat kredit borcu alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 105.9 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 8000 (səkkiz min) manat əsas borc, 549.1 (beş yüz qırx doqquz manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 8549.1 (səkkiz min beş yüz qırx doqquz manat on qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 105.9 (bir yüz beş manat doxsan qəpik) manat, 0,40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1923/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1923/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver