Məhkəmə qərarları › İş №e-2(051)-1987/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1987/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1987/2022 01.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclu Məmmədova Balaxanım Eldar qızının qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Məmmədova Balaxanım Eldar qızının qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1363,33 manat kredit borcunun və ödənilmiş 34.04 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh Məmmədova Balaxanım Eldar qızı arasında bağlanmış xx.xx.2018-cu il tarixli 1-xx.xx.2018-002837 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Məmmədova Balaxanım Eldar qızına illik 27 faiz olmaqla 36 ay müddətinə 1520 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan krediti və olan hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu Məmmədova Balaxanım Eldar qızı xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirə bilməmişdir. Mingəçevir şəhər Asan Xidmət Mərkəzində Notarial Ofisinin xx.xx.2022-ci il tarixli 77 nömrəli məktubuna əsasən Məmmədova Balaxanım Eldar qızının miras əmlakına dair Cavabdeh miras payı əldə etməsi barədə xx.xx.2020-ci il tarixli 2V-368 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məmmədova Balaxanım Eldar qızının vərəsəsi Cavabdehdır. Odur ki, borclu Məmmədova Balaxanım Eldar qızının qanun üzrə vərəsəsi, iş üzrə Cavabdeh 1363,33 manat kredit borcunun və 34.04 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini, məhkəməyə ünvanladığı ərizədə isə, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etdi, ancaq bildirdi ki, hazırda imkanı yoxdur. Odur ki, banka olan kredit borcunu heç cür ödəyə bilməyəcək. Məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı bankın nümayəndəsinin ərizəsini və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədova Balaxanım Eldar qızı arasında bağlanmış xx.xx.2018-cı il tarixli 1-xx.xx.2018-002837 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Məmmədova Balaxanım Eldar qızına illik 27 faiz olmaqla 36 ay müddətinə 1520 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədova Balaxanım Eldar qızı kredit məbləğinin xx.xx.2018-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh Məmmədova Balaxanım Eldar qızı iddiaçı bankın Mingəçevir filialından 1443,8 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Məmmədova Balaxanım Eldar qızının banka olan borcu 1363,33 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Məmmədova Balaxanım Eldar qızının vərəsəsi Cavabdehdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Məmmədova Balaxanım Eldar qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli H776/18 nömrəli məktubdan görünür ki, Məmmədova Balaxanım Eldar qızı xx.xx.2018-ci il tarixli Həyat Sığortası Şəhadətnaməsi üzrə sığorta olunmuş, xx.xx.2018-ci il tarixdə “Qida borusunun bədxassəli yenitörəməsi” səbəbindən vəfat etmişdir. Ancaq sözügedən sığorta müqaviləsinə əsasən B.Nümayəndə müqavilə bağlanan ana onkoloji xəstə olduğu üçün, baş verən hadisə sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2018cı il tarixli 1-xx.xx.2018-002837 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1363,33 manat məbləğində kredit borcu alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 34.04 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Məmmədova Balaxanım Eldar qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1-xx.xx.2018-002837 nömrəli kredit müqaviləsi əsasən, 1359,12 (bir min üç yüz əlli doqquz manat 12 qəpik) əsas borcun, 4,21 (dörd manat 21 qəpik) manat faiz borcunun, cəmi 1363,33 (bir min üç yüz altmış üç manat 33 qəpik) manat kredit borcunun, mirası qəbul etmiş qanun üzrə vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 34.04 (otuz dörd manat dörd qəpik) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar