Məhkəmə qərarları › İş №e-2(051)-1988/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1988/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1988/2022 24.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Ənvəz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair işə baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Ənvəz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müştərək qaydada 873.53 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-062731 №li kredit müqaviləsinə əsasən Borcalana 60 ay müddətinə, illik 29% dərəcəsi ilə hesablanmaqla, 2426 manat məbləğdə kredit verilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə tələb hüququnun ötürülməsinə dair “ müqaviləyə əsasən "xxxx" ASC-nin borcalana qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Kredit müqaviləsinə əsasən Borcalanın "xxxx" ASC-yə qarşı mövcud olan borc öhdəliyi "xxxx" ASC qarşısında icra edilməlidir. Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, X-996 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, mərhum X1 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsələr kimi tanınmış, sonunculara miras əmlaklara dair xx.xx.2020-ci il tarixli 2V-277 və xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Borcalan vəfat etdiyindən onun borcu ilə bağlı məsuliyyət vərəsələri Cavabdeh1 Ənvəz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da aid olunmalıdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X2 Banka ödənilməmiş 873.53 manat kredit borcu qalmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqının cavabdehlər Cavabdeh1 Ənvəz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, mərhum X2 qızı, hüquqi varisidir. X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Atasının vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcud olmasından xəbəri olmadığına görə atasının kredit borcunu ödəməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 Ənvəz qızı, Cavabdeh3 və Cavabdeh4 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış 01 iyul 2016-cıil tarixli “Kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair “ müqaviləyə əsasən "xxxx" ASC-nin borcalana qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 44-xx-xx-062731 №li kredit müqaviləsinə əsasən bank Ə.Quliyevə 60 ay müddətinə, illik 29% dərəcəsi ilə hesablanmaqla, 2426 manat məbləğdə kredit verməyi, X5 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderindən görünür ki, X5 "xxxx" ASC Şəmkir Filialından xx.xx.2016-cı ildə 2426 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, X2 873.53 manat kredit borcu mövcuddur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 21 dekabr 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh1 Ənvəz qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4dır və onların hər biri miras əmlakdan dörddə bir irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.12 kv.m olan mənzildən ibarətdir. İşdə olan Bakı şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 may 2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir ki, X2 vərəsələri Cavabdeh1 Ənvəz qızı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4dır və onların hər biri miras əmlakdan dörddə bir irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2017-ci il tarixdə X3 verilmiş Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 271 kv.m olan əmlak kompleksi kimi müəssisənin altıda bir hissəsindən ibarətdir. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 Ənvəz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 873.53 manat kredit borcu alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 Ənvəz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 873.53 (səkkiz yüz yetmiş üç manat əlli üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, 0,40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar