Məhkəmə qərarları › İş №e-2(051)-1991/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1991/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1991/2022 28.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2013,50 manat əsas borc, 6,49 manat faiz borcu, cəmi 2019,99 manat borcun və ödənilmiş 40,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla cavabdeh İbrahimova Gülafət Şükür qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit müqaviləsinə əsasən bank İbrahimova Gülafət Şükür qızına illik 29 faiz olmaqla 48 ay müddətinə 2200 manat məbləğində kredit vermişdir. Əldə olunmuş məlumata görə borclu İbrahimova Gülafət Şükür qızı xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi Cavabdehdur. Odur ki, Cavabdeh 2013,50 manat əsas borc, 6,49 manat faiz borcu, cəmi 2019,99 manat borcun və 40,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, o, cavabdeh İbrahimova Gülafət Şükür qızının qanun üzrə vərəsəsidir. Onun ölümündən sonra mirası qəbul etmişdir. Həqiqətən də İbrahimova Gülafət Şükür qızı, xx.xx.2016-cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 29 faiz olmaqla 48 ay müddətinə 2200 manat məbləğində kredit götürmüşdür. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, lakin buna imkanı olmamışdır. Bununla belə hazırda ödəniş etməyə başlamışdır. Hesab edir ki, banka olan borcun qısa müddət ərzində ödəyəcəkdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İbrahimova Gülafət Şükür qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən İbrahimova Gülafət Şükür qızına illik 29 faiz olmaqla 48 ay müddətinə 2200 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İbrahimova Gülafət Şükür qızı kredit məbləğinin hər ay cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid kassa məxaric orderindən görünür ki, həmin tarixdə cavabdeh İbrahimova Gülafət Şükür qızı iddiaçı bankın Mingəçevir filialından 2200 manat məbləğində kredit götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə İbrahimova Gülafət Şükür qızının banka olan borcu 2013,50 manat əsas borc, 6,48 manat faiz borcu, cəmi 2019,99 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş İbrahimova Gülafət Şükür qızının vərəsəsi Cavabdehdur. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla İbrahimova Gülafət Şükür qızı arasında xx.xx.2016-cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 48 ay müddətinə 2200 manat məbləğində kredit vermişdir. İbrahimova Gülafət Şükür qızı xx.xx.2017-ci il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Hazırda cavabdehin iddiaçıya 2013,50 manat əsas kredit borcu qalmış və krediti ödəmədiyinə görə iddiaçı bank tərəfindən əsas məbləğə 0,01 manat isə faiz hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla İbrahimova Gülafət Şükür qızı arasında xx.xx.2016-cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum İbrahimova Gülafət Şükür qızına illik 29 faiz olmaqla 48 ay müddətinə 2200 manat məbləğində pul (kredit) vermiş, İbrahimova Gülafət Şükür qızı isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X5 Şükür qızı xx.xx.2017-ci il tarixdə vəfat etmiş və hazırkı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi olmuşdur. Cavabdeh isə İbrahimova Gülafət Şükür qızının vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2016cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 2013,50 manat əsas borc, 6,49 manat faiz borcu, cəmi 2019,99 manat məbləğində pul alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı Cavabdeh alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum İbrahimova Gülafət Şükür qızı arasında bağlanmış, xx.xx.2016-cı il tarixli 09-xx-xx-077591 nömrəli kredit müqaviləsi əsasən, 2013,50 (iki min on üç manat əlli qəpik) manat əsas borc, 6,49 (altı manat qırx doqquz qəpik) manat faiz borcu, cəmi 2019,99 (iki min on doqquz manat, doğsan doqquz qəpik) manat məbləğində borc qanun üzrə vərəsə olan Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 40,20 (qırx manat iyirmi qəpik) manat və 0,40 (sıfır manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar