Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2100/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC–nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4384623A129 saylı kredit müqaviləsinə əsasən cavabdeh bankdan illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 8087.99 manat məbləğində kredit almışdır. Kredit müqaviləsinə görə Cavabdeh kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq kredit ödəniş qrafikinə riayət etməmişdir. Cavabdehin 8087.99 manat əsas borc, 1433.05 manat faiz borcu olmaqla, cəmi 9521.04 manat kredit borcu yaranmışdır. Həmin borcun və ödənilmiş 115.21 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, həqiqətən də, İddiaçı ASC-dən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 8087.99 manat məbləğində kredit almışdır. Lakin maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4384623A129 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 60 ay müddətinə, illik 20 faiz olmaqla 8087.99 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli kassa-məxaric orderin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 8087.99 manat kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 8087.99 manat əsas borc, 1433.05 manat faiz borcu olmaqla, cəmi 9521.04 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Məhkəmə hesab edir ki, cavabdeh tərəf arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 8087.99 manat əsas borc, 1433.05 manat faiz borcu olmaqla, cəmi 9521.04 manat kredit borcu alınıb İddiaçı ASC -yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 115.21 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ət e t d i : İddia təmin olunsun. Cavabdeh 8087.99 (səkkiz min səksən yeddi manat doxsan doqquz qəpik) manat əsas borc, 1433.05 (bir min dörd yüz otuz üç manat beş qəpik) manat faiz borc olmaqla, cəmi 9521.04 (doqquz min beş yüz iyirmi bir manat dörd qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 115.21 (bir yüz on beş manat iyirmi bir qəpik) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-2100/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2100/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver