Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-211/2024 01.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borclular Nəcəfov Novruz Ümüd oğlunun qanun üzrə vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəcəfov Novruz Ümüd oğlunun qanun üzrə vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 610.53 manat kredit borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh Nəcəfov Novruz Ümüd oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Nəcəfov Novruz Ümüd oğluna illik 20 faiz olmaqla 22 ay müddətinə 690 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan krediti və olan hesablanmış faizləri müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu Nəcəfov Novruz Ümüd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirə bilməmişdir. Mingəçevir şəhər Asan Xidmət Mərkəzində Notarial Ofisinin xx.xx.2022-ci il tarixli 779 nömrəli məktubuna əsasən Nəcəfov Novruz Ümüd oğlunun miras əmlakına dair Mingəçevir şəhərində qeydiyyatda olan Cavabdeh2 miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli V-254/2022 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mingəçevir şəhər Asan Xidmət Mərkəzində Notarial Ofisinin xx.xx.2022-ci il tarixli 780 nömrəli məktubuna əsasən Nəcəfov Novruz Ümüd oğlunun miras əmlakına dair Mingəçevir şəhərində qeydiyyatda olan Cavabdeh1 miras payı əldə etməsi barədə xx.xx.2022-ci il tarixli V-254/2022 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən Nəcəfov Novruz Ümüd oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1dır. Odur ki, borclu Nəcəfov Novruz Ümüd oğlunun qanun üzrə vərəsəsi, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 467.59 manat əsas borc, 108.39 manat müqavilə müddətində ödənilməmiş faiz borcu və 34.55 manat müqavilənin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 610.53 borcun və 30 manat dövlət rüsumunun alınması haqqında qətnamə çıxarılmasını xahiş edilmişdir. Mülki işin materialları kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında icraata daxil olsa da, xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat materialları iddia icraata keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə ərizə ünvanlıyaraq nümyəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə proses iştirakmılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Nəcəfov Novruz Ümüd oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Nəcəfov Novruz Ümüd oğluna illik 20 faiz olmaqla 22 ay müddətinə 690 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Nəcəfov Novruz Ümüd oğlu kredit məbləğinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməsinə razı olmuş və həmin məbləğdə pulu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Nəcəfov Novruz Ümüd oğlunun banka olan borcu 467.59 manat əsas, 142.94 manat faiz borcu olmaqla, cəmi 610.53 manat məbləğində təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Nəcəfov Novruz Ümüd oğlunun vərəsəsi Cavabdeh2dur. İşdə olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Nəcəfov Novruz Ümüd oğlunun vərəsəsi Cavabdeh1dır. İşdə olan cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Nəcəfov Novruz Ümüd oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank mərhum Nəcəfov Novruz Ümüd oğluna illik 20 faiz olmaqla 22 ay müddətinə 690 manat məbləğində pul (kredit) vermiş, Nəcəfov Novruz Ümüd oğlu isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 Ümüd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş və hazırkı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi qalmış mirası qəbul etmişdir. Cavabdeh2 və Cavabdeh1 isə Nəcəfov Novruz Ümüd oğlunun vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 467.59 manat əsas borc, 108.39 manat müqavilə müddətində ödənilməmiş faiz borcu və 34.55 manat müqavilənin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 610.53 məbləğində borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Nəcəfov Novruz Ümüd oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli kredit müqaviləsi əsasən, 467.59 (dörd yüz altmış yeddi manat, əlli doqquz qəpik) manat əsas borc, 142.94 (bir yüz qırx iki manat, doxsan dörd) manat faiz borcu cəmi 610.53 (altı yüz on manat, əlli üç qəpik) manat borc müştərək qaydada mirası qəbul etmiş qanun üzrə vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-211/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-211/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver