Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2110/2025 30.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər Məhkəməsinin hakimi, Cəbrayılzadə Elza Vaqif qızı, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair ərizəsi üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: - İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, cavabdehdən iddiaçının xeyrinə 2286.60 AZN əsas, 306.12 AZN faiz və 3.78 AZN cərimə olmaqla, cəmi 2596.50 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 46.37 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, “bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.” Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İşə məhkəmədə baxılması üçün qəbz əsasında dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 46,37 (qırx altı manat, otuz yeddi qəpik) manat məbləğində pul iddiaçı "xxxx" KB ASCna qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2110/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2110/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver