Məhkəmə qərarları › İş №e-2(051)-212/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-212/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-212/2025 06.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) nümayəndəsi X1, Cavabdeh2, X2 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı LPO İddiaçı ASC (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Zamin qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Zamin müştərək qaydada LPO İddiaçı ASC (ləğv prosesindədir) xeyrinə 1192.46 manat əsas, 3.41 manat faiz borcu və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% faizlə hesablanmış 2.40 manat faiz borcun və iş üzrə ödənilmiş 31.98 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddiaçı ərizə ünvanlayaraq cavabdehlərdən Zamin vəfat etməsini, vərəsəlik işinin açıldığını və mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək mülki iş üzrə cavabdeh Zamin Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FEX/51 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2016-cu il tarixli, MF-EX/53-1 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 3323.90 manat məbləğində kredit verilmişdir. Cavabdeh Zamin ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, 12-5/2-B-41-2275/2024 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2024-cü il tarixinə kredit üzrə cəmi borcu 1198.27 manat təşkil edir. Bundan 1192.46 manat əsas, 3.41 manat faiz və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% faizlə hesablanmış 2.40 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları : İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu X4 iddia tələbini qəbul edərək kredit borclarını ödəyəcəklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz bildirməmişdir. İş materialları: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MF-FEX/51 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 3323.90 manat məbləğində kredit verilmişdir. Zamin ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, o, “Bank” tərəfindən “Müştəri” yə verilən kredit üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti tam həcmdə üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 12-5/2-B-41-2275/2024 saylı bank tərəfindən Cavabdeh1 və Zamin göndərilmiş bildirişlərin surətlərindən görünür ki, onlar, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikləri üçün borcun olması və 5 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, MF-FEX/51 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas 1192.46 manat əsas, 3.41 manat faiz borcu və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 2.40 manat faiz borcu olmaqla, cəmi 1198.27 manat təşkil edir. xx.xx.2024-cü il tarixli **********46 №li mədaxil qəbzindən görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) tərəfindən məhkəməyə müraciət etmək üçün 31.98 manat dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron xidmətlər portalından əldə edilmiş çıxarışdan görünür ki, Zamin xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məlumatdan görünür ki, Zamin xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan əri- Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin faktiki halı : xx.xx.2019-cu il tarixli, MF-FEX/51 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2016-cu il tarixli, MF-EX/53-1 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 3323.90 manat məbləğində kredit verilmişdir. Cavabdeh Zamin ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin 1192.46 manat əsas, 3.41 manat faiz və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% faizlə hesablanmış 2.40 manat faiz borcu məbləğində kredit borcu yaranmışdır. Zamin xx.xx.2023-cü il tarixdə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ əri Cavabdeh2 keçmişdir. Tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh1 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini kreditora ödəməkdən yayınmış və nəticədə onun kredit müqaviləsinə əsasən kreditora 1192.46 manat əsas, 3.41 manat faiz borcu və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% faizlə hesablanmış 2.40 manat faiz borcu olmaqla, cəmi 1198.27 manat borcu yaranmışdır. Digər cavabdeh Zamin isə kredit təşkilatı ilə bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Zamin vəfat etdikdən sonra vərəsəlik hüququ haqqında Cavabdeh2 şəhadətnamə verilmişdir. Hazırki iş üzrə cavabdeh – Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh – Cavabdeh2 (zamin) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli, MF-FEX/51 nömrəli kredit müqaviləsi üzrə 1192.46 manat əsas borc, 3.41 manat faiz borcu və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 2.40 manat faiz borcu olmaqla olmaqla, cəmi 1198.27 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 31.98 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, MF-FEX/51 saylı kredit müqaviləsi üzrə 1192.46 (bir min bir yüz doxsan iki manat qırx altı qəpik) manat əsas, 3.41 (üç manat qırx bir qəpik) manat faiz və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 % faizlə hesablanmış 2.40 (iki manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 1198.27 (bir min bir yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31.98 (otuz bir manat doxsan səkkiz qəpik) manat pul alınıb LPO İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar