Məhkəmə qərarları › İş №e-2(051)-2150/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2150/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2150/2023 20.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının nümaynədəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının (Ləğv prossesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı (Ləğv prossesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2015-ci il tarixli 1xx/xx/134585/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1175.82 (bir min yüz yetmiş beş ABŞ dolları, 82 sebt) ABŞ dolları məbləğində əsas borc, 884.14 (səkkiz yüz səksən dörd ABŞ dollar, 14 sent) ABŞ dolları məbləğində faiz borcu, 4252.42 (dörd min iki yüz əlli iki ABŞ dolları, 42 sent) ABŞ dolları məbləğində cərimə borcu, 376.80 (üç yüz yetmiş altı ABŞ dolları, 80 sent) ABŞ dolları məbləğinə gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 6689.18 (altı min altı yüz səksən doqquz ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğindəpulun və 124.12 (bir yüz iyirmi dörd manat, 12 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, aralarında olan mübahisə barışıq yolu ilə həll edilmişdir. Odur ki, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barışıq sazişini, habelə digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə barışıq yolu ilə həll edildiyindən, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.

1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 13 noyabr 2015-ci il tarixli, 1xx/xx/134585/15 saylı kredit müqaviləsi üzrə 1175.82 (bir min yüz yetmiş beş ABŞ dolları, 82 sent) ABŞ dollar

2. Tərəf!ər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 1300 (bir min üç yüz) ABŞ dolları ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir.

3. Bu Saziş in 2.2-ci bəndində göstərilən 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində olan borcdan 100 (bir yüz) ABŞ dolları hissəsini ilkin ödəniş kimi ödənilməsini, yerdə qalan 1200 (bir min iki yüz) ABŞ dolları hissəsini 12 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 100 (bir yüz) ABŞ dolları ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür.

4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.

5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 6689.18 (altı min altı yüz səksən doqquz ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində borc cavabdehdən tələb ediləcəkdir.

6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5–ci maddəsində göstərilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının (Ləğv prossesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Tərəflər təsdiq edirlər ki, Cavabdehin 13 noyabr 2015-ci il tarixli, 1xx/xx/134585/15 saylı kredit müqaviləsi üzrə 1175.82 (bir min yüz yetmiş beş ABŞ dolları, 82 sent) ABŞ dollar

2. Tərəf!ər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 1300 (bir min üç yüz) ABŞ dolları ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir.

3. Bu Saziş in 2.2-ci bəndində göstərilən 1300 (bir min üç yüz) ABŞ dolları məbləğində olan borcdan 100 (bir yüz) ABŞ dolları hissəsini ilkin ödəniş kimi ödənilməsini, yerdə qalan 1200 (bir min iki yüz) ABŞ dolları hissəsini 12 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 100 (bir yüz) ABŞ dolları ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür.

4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.

5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 6689.18 (altı min altı yüz səksən doqquz ABŞ dolları, 18 sent) ABŞ dolları məbləğində borc cavabdehdən tələb ediləcəkdir.

6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankının (Ləğv prossesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardadın qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar