Məhkəmə qərarları › İş №e-2(051)-2158/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2158/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2158/2025 05.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı MM QBKT-nın Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə sadələşdirilmiş icraata qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X1-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********1452 saylı kredit müqaviləsi üzrə 352,73 manat əsas, 0 manat faiz və 0 manat cərimə olmaqla, cəmi 352,73 manat borcun, həmçinin **********1442 saylı kredit müqaviləsi üzrə 0 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 145,61 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1442 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 286,69 AZN (iki yüz səksən altı manat, altmış doqquz qəpik), həmçinin eyni tarixli **********1452 saylı güzəştil kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 555,51 AZN (beş yüz əlli bir manat əlli bir qəpik), qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0,46 AZN, dörd il müddətində isə hər ay 11,81 AZN və **********1442 saylı kredit kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,24 AZN, dörd il müddətində isə hər ay 6,10 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025- ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 352,73 manat əsas, 0 manat faiz və 0 manat cərimə olmaqla, cəmi 352,73 manat borcun, həmçinin **********1442 saylı kredit müqaviləsi üzrə 0 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 145,61 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kreditverən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xx.xx.2025-ci il tarixli xəbərnaməyə əsasən Cavabdeh təqdim edilmişdir. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı qanunvericiliklə nəzərdə tutlmuş müddət ərzində məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı MM QBKT ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, **********1442 saylı kreditin restrukzasiyası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə illik 1% hesablanmaq şərti ilə 286,69 manat kredit borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı MM QBKT ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, **********1452 saylı kreditin restrukzasiyası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə illik 1% hesablanmaq şərti ilə 555,51 manat kredit borcunun ödənilməsinə yönəldilmişdir. xx.xx.2019-cu il tarixli, **********1452 saylı kredit müqaviləsinə Əlavə olan ödəniş cədvəlindən görünür ki, borclunun 1 il güzəşt müddətində hər ay 0,46 manat, 4 il müddətində isə hər ay 11,81 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli, **********1442 saylı kredit müqaviləsinə Əlavə olan ödəniş cədvəlindən görünür ki, borclunun 1 il güzəşt müddətində hər ay 0,24 manat, 4 il müddətində isə hər ay 6,10 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit kartının mədaxil (qəbul) aktına əsasən müqavilə ilə müəyyən edilmiş kredit məbləği xx.xx.2019-cu il tarixlərində “Fincard” adlı kredit kartında Cavabdeh təqdim edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1442 saylı kredit müqaviləsi üzrə 145,61 manat əsas, müqavilə müddətinin sonuna kimi hesablanmış 0 manat faiz, cəmi 145,61 manat borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə arayış tərtib olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1452 saylı kredit müqaviləsi üzrə 352,73 manat əsas, müqavilə müddətinin sonuna kimi hesablanmış 0 manat faiz, cəmi 352,73 manat borcunun olmasına dair xx.xx.2025-ci tarixli maliyyə arayış tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli **********47 saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1442 saylı və xx.xx.2019-cu il tarixli, **********1452 saylı kredit müqavilələri üzrə iddiaçı «Finca» MM QBKT qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı «Finca» MM QBKT-i Cavabdeh xx.xx.2019cu il tarixli, **********1442 saylı kredit müqaviləsi üzrə 145,61 manat əsas, 0 manat faiz borcu və 0 manat cərimə olmaqla, cəmi 145,61 manat və xx.xx.2019-cu il tarixli, **********1452 saylı kredit müqaviləsi üzrə 352,73 manat əsas, 0 manat faiz borcu və 0 manat cərimə olmaqla, cəmi 352,73 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,00 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1442 saylı kredit müqaviləsi üzrə 145,61 (bir yüz qırx beş manat altmış bir qəpik) manat əsas, 0 manat faiz borcu və 0 manat cərimə olmaqla, cəmi 145,61 (bir yüz qırx beş manat altmış bir qəpik) manat və xx.xx.2019-cu il tarixli, **********1452 saylı kredit müqaviləsi üzrə 352,73 (üç yüz əlli iki manat yetmiş üç qəpik) manat əsas, 0 manat faiz borcu və 0 manat cərimə olmaqla, cəmi 352,73 (üç yüz əlli iki manat yetmiş üç qəpik) manat məbləğində pul alınıb İddiaçı MM QBKT-nə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı MM QBKTnə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar