Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2162/2023 30.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Zamin3 və Zamin1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Zamin2, Zamin3 və Zamin1 qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış cavabdehlər Cavabdeh, Zamin2, Zamin3 və Zamin1 24 oktyabr 2019-cu il tarixli MF-FUN/116 №-li kredit müqaviləsi üzrə cəmi 5898.11 (beş min səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) manat, bundan 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) cərimə borcunu və iş üzrə ödənilmiş 78.99 (yetmiş səkkiz manat 99 qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı ilə Cavabdeharasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli MF- FUN/116 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 6688 (altı min altı yüz səksən səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Cavabdehkredit verilərkən Zamin2, Zamin3 və Zamin1 ilə Bank arasında 24 oktyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdehlər Zamin2, Zamin3 və Zamin1 ilə bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 0 bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Nəticədə, 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) cərimə borcunu və iş üzrə ödənilmiş 78.99 (yetmiş səkkiz manat 99 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC–nin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh Zamin3 məhkəmə iclası zamanı qeyd etdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Bir müddət əvvəl rəhmətə getmişdir. Borcun ödənilməsinə etiraz etmirlər. Lakin hazırda maddi imkanı zəifdir. Maddi imkanları düzələn kimi borclarını ödəyəcəklər. Cavabdeh Zamin1 məhkəmə iclası zamanı qeyd etdi ki, Cavabdeh götürdüyü kreditin təminatı olaraq onunla zaminlik müqaviləsi bağlanmışdır. O, zaminlik müqaviləsinə xitam verilməsini xahiş edir. İddia tələbi ilə razı deyildir. Odur ki, iddianın ona aid hissəsində təmin edilməməsini xahiş edir. Cavabdeh Zamin2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Zamin2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FUN/116 №-li kredit müqaviləsinə əsasən bank cavabdehə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 6688 manat məbləğində kredit vermişdir. Belə ki, işdə olan ödəmə qrafikindən görünür ki, Cavabdeh xx.xx.2019-xx.xx.2024cü il ərzində kredit borcu üzrə hər ay müəyyən edilmiş qaydada ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan "xxxx" ASC–yə aid xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh banka olan borcu 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) manat cərimə təşkil edir. İşdə olan xx.xx.2023-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdehlər Zamin2, Zamin3 və Zamin1 "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank cavabdehə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 6688 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Zamin2, Zamin3 və Zamin1 ilə eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh X2 hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun xx.xx.2023-cü il tarixə Cavabdeh banka olan borcu 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) manat cərimə borcu yaranmışdır. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, yaranmış kredit borcunun ödənilməsi öhdəliyi digər cavabdeh olan zaminlər Zamin2, Zamin3 və Zamin1 üzərinə düşür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qalmış mirasa vərəsəlik işi açılması üçün xx.xx.2023-cü il tarixdə notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Lakin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə olan halda Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Zamin2 hazırkı iş üzrə Cavabdeh hüquqi varisi kimi tanınmışdır. Borcun ödənilməsi öhdəliyi kredit borcunun ödənilməsinə görə bağlanılmış zaminlik müqaviləsinə əsasən eyni məsuliyyəti daşıyan Zamin3 və Zamin1 üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, yaranmış kredit borcu iş üzrə cavabdehlər olan Zamin2, Zamin3 və Zamin1n tərəfindən ödənilməldir. AR Konstitusiya Məhkəməsinin Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 aprel 2023-cü il tarixli Qərarın əsasən Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. AR Konstitusiya Məhkəməsinin Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
3. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Cavabdeh vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 6688 manat məbləğində pul (kredit) vermiş, Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Zamin2, Zamin3 və Zamin1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh Zamin2, Zamin3 və Zamin1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın birtərəfli qaydada kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsini və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) cərimə borcu olmaqla, cəmi 5898.11 (beş min səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli MF-FUN/116 №-li saylı kredit müqaviləsinə əsasən cavabdehlər Zamin2 (hüquqi varisi), Zamin3 və Zamin1 müştərək qaydada 5898.11 (beş min səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) manat, bundan 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) manat cərimə məbləğində pul alınıb iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli MF-FUN/116 №-li kredit müqaviləsi üzrə cavabdehlər Zamin2, Zamin3 və Zamin1 müştərək qaydada 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) cərimə borcu olmaqla, cəmi 5898.11 (beş min səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Zamin2, Zamin3 və Zamin1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,99 (yetmiş səkkiz manat, doxsan doqquz qəpik ) manat pul alınıb "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi: Elza Cəbrayılzadə