Məhkəmə qərarları › İş №e-2(051)-2186/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2186/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2186/2024 11.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 6957.74 manat məbləğində əsas bоrc və 1567.65 manat faiz borcu оlmaqla, cəmi 8525.39 manat məbləğində pulun və ödənilmiş 105.65 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 9000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh1 arasında 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli və Cavabdeh2 arasında 07 sentyabr 2022 il tariхli, 600804-427450/8/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 13 sentyabr 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 6957.74 manat məbləğində əsas bоrcu və 1567.65 manat faiz borcu оlmaqla, cəmi 8525.39 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. 13 sentyabr 2024-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 6957.74 manat məbləğində əsas bоrcu və 1567.65 manat faiz borcu оlmaqla, cəmi 8525.39 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 6957.74 manat məbləğində əsas bоrc və 1567.65 manat faiz borcu оlmaqla, cəmi 8525.39 manat məbləğində pulun və ödənilmiş 105.65 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclası zamanı iddia tələbini qəbul etdi və göstərdi ki, onunla bank arasında bağlanmış 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 9000.00 manat məbləğində kredit vermişdir. Hazırda bankla razılığa gəlmişlər. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 9000manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə kreditdən istifadəyə görə illik 20% dərəcəsi ilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 07 sentyabr 2022 il tariхli, 600804-427450/8nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 07 sentyabr 2022 il tariхli, 600804-427450/8nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 9000 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh3 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 6957.74 manat əsas kredit borcu, 1567.65 manat faiz borcu olmaqla, cəmi 8525.39 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış 07 sentyabr 2022 il tariхli, 600804- 427450/8 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 9000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, iddiaçı cavabdehlərdən müştərək qaydada 6957.74 manat məbləğində əsas bоrc və 1567.65 manat faiz borcu оlmaqla, cəmi 8525.39 manat məbləğində pulun və ödənilmiş 105.65 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 20% dərəcəsi olmaqla 48 ay müddətinə 9000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdürlər. Lakin Cavabdeh3 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və Cavabdeh2 da bank qarşısında borcalan Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6957.74 manat məbləğində əsas bоrc və 1567.65 manat faiz borcu оlmaqla, cəmi 8525.39 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105.65 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07 sentyabr 2022 il tariхli, 600804-427450/8 nömrəli kredit müqaviləsi üzrə 6957.74 (altı min doqquz yüz əlli yeddi manat, yetmiş dörd qəpik) manat məbləğində əsas bоrc və 1567.65 (bir min beş yüz altmış yeddi manat, altmış beş qəpik) manat faiz borcu оlmaqla, cəmi 8525.39 (səkkiz min beş yüz iyirmi beş manat, otuz doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 105,65 (bir yüz beş manat altmış beş qəpik) manat pul alınıb «Expressbank” ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar