Məhkəmə qərarları › İş №e-2(051)-2228/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2228/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2228/2021 10.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı MMC–nin Cavabdeh qarşı nisyə satış müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı 280,74 manat əsas borcun, 50,76 manat cərimə borcunun cəmi 331,44 manat borcun həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.09.2019–ci il tarixli NFTK02389 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən cavabdehə 424,23 manat dəyərində məişət məhsulu nisyə satılmışdır. Nisyə satış müqaviləsinin şərtlərinə görə ödəmənin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 0,3 faizi həcmində cərimə olunacağı alıcı qismində çıxış etmiş Cavabdeh izah edilmiş və ondan razılıq alındıqdan sonra o, nisyə satış müqaviləsini könüllü olaraq imzalamışdır. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuş və aldığı əşyanın dəyərini ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borc olan 331,44 manatı ödəməmişdir. Cavabdehin hazırkı vaxta qədər iddiaçı cəmiyyətə olan cəmi borcu 331,44 manat təşkil etmişdir. Odur ki, cavabdehlərdən 280,74 manat əsas borcun, 50,76 manat cərimə borcunun cəmi 331,44 manat və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC–yə, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 11.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 07.09.2019–ci il tarixli NFTK02389 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 424,23 manat dəyərində 1 ədəd Xiaomi Redmi markalı telefon 12 ay nisyə satılmışdır. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh 07.09.2019–ci il tarixdə İddiaçı MMC–yə 50 manat ilkin ödəniş etmiş, qalan borcu hər ay 31 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə cəmi borcu 331,44 manat təşkil edir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh arasında 07.09.2019–ci il tarixli NFTK02389 nömrəli nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin alqı–satqı müqaviləsi əsasında iddiaçı cəmiyyət tərəfindən cavabdehə 424,23 manat dəyərində 12 ay müddətinə ödəmək şərti ilə 1 ədəd “Xiaomi Redmi” markalı telefon nisyə satılmışdır. Lakin cavabdeh sonradan ödəniş etməyərək, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Ona görə də cavabdehin 331,44 manat əsas borcu yaranmışdır. Eləcə də, iddiaçı cəmiyyət müqavilənin şərtlərinə uyğun olaraq, ə cavabdehə 50,70 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, 1.197,14 manat dəyərində avadanlığın hissə–hissə ödəmə şərti ilə nisyə satılması barədə cavabdehlə iddiaçı arasında yazılı razılaşma olmuş, habelə cavabdeh 1.197,14 manat borcu 12 ay müddətində hissə–hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh borcunun bir qismini ödəmiş, sonradan müqavilənin şərtlərini pozaraq, qalan 507,14 manat borcu ödəməmiş və iddiaçını əlverişsiz vəziyyətdə salmışdır. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442–ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh X1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh iddiaçıya 331,44 manat əsas borcu qalmış, habelə iddiaçı tərəfindən cavabdehə 50,70 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də məhkəmə, iddiaçının cavabdehlərdən 331,44 manat əsas borcun, 50,70 manat cərimə və 30 manat dövlət rüsumunun alınmasına dair tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı avadanlığı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.3–cü maddəsinə əsasən əgər alıcı alqı–satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449–cu maddəsinə uyğun faizlər ödəməyi tələb edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıdan 1 ədəd 424,23 manat dəyərində hissə–hissə ödəmək şərti ilə nisyə telefon alması və cavabdehin öhdəliyini lazımınca icra etməməsi tam sübuta yetirildiyindən, Cavabdeh 280,74 manat əsas borcun, 50,76 manat cərimə, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçın xeyrinə ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh 280,74 manat əsas borcun, 50,76 manat cərimə borcu olmaqla, cəmi 331,44 manat məbləğində pul alınıb İddiaçın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 manat məbləğində pul alınıb İddiaçın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar