Məhkəmə qərarları › İş №e-2(051)-2291/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2291/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2291/2023 06.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənova Türkanə Çingiz qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı ASCin xeyrinə 6245,46 manat məbləğində əsas borc, 323,49 manat faiz borcu, 18,69 manat cərimə borcu olmaqla, cəmi 6587,64 manat məbləğində pulun və ödənilmiş 85,88 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 31FİZAM178506401 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 həmin əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 18.00 % ödəmək şərti ilə aldığı 7000.00 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 04-dək ayda 205.67 manat ödəməklə) banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə olan borcun məbləği əsas borc üzrə 6245,46 manat, faizlər üzrə 323,49 manat, cərimə üzrə 18,69 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehlərə poçt vasitəsi ilə pretenziya göndərilib. Lakin borc ödənilməyib. Odur ki, cavabdehlərdən İddiaçı ASC-in xeyrinə 6245,46 manat məbləğində əsas borc, 323,49 manat faiz borcu, 18,69 manat cərimə borcu olmaqla, cəmi 6587,64 manat məbləğində pulun və ödənilmiş 85,88 manat dövlət rüsumunun müştərək qaydada tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasından, Portaldan SMS çıxarışından görünür ki, cavabdehə xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmış, cavabdeh bankdan illik 18% ödəmək şərti ilə 7000.00 manat kredit almış və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 04-dək ayda 205.67 manat ödəməklə) banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 31FİZAM178506401 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı ASC-yə aid 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, kreditin məbləği 7000 manat, cavabdehin banka olan borcu əsas borc üzrə 6245,46 manat, faiz borcu üzrə 323,49 manat, cərimə üzrə 18,69 manat, cəmi 6587,64 manat təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış 24 iyul 2023-cü il tarixli Pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan borcu 3 gün müddətində ödəməli olduqları bildirilmiş, əks halda onlara qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 31FİZAM178506401 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən, o, Cavabdeh2 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit limiti razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 həmin əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 18.00 % ödəmək şərti ilə aldığı 7000.00 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 04-dək ayda 205.67 manat ödəməklə) banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə, onun 6245,46 manat məbləğində əsas borc, 323,49 manat faiz borcu, 18,69 manat cərimə borcu olmaqla, cəmi 6587,64 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə xx.xx.2032-ci il tarixədək 50000.00 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 həmin əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2026-cı il tarixədək qaytarmaq və illik 18.00 % ödəmək şərti ilə aldığı 7000.00 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 04-dək ayda 205.67 manat ödəməklə) banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 da zamin olaraq bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 6245,46 manat məbləğində əsas borc, 323,49 manat faiz borcu, 18,69 manat cərimə borcu olmaqla, cəmi 6587,64 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən cavabdehlərdən müştərək qaydada 6245,46 manat məbləğində əsas borc, 323,49 manat faiz borcu, 18,69 manat cərimə borcu olmaqla, cəmi 6587,64 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 85,88 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31010***-*******01L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşması üzrə 6245,46 (altı min iki yüz qırx beş manat, qırx altı qəpik) manat məbləğində əsas borc, 323,49 (üç yüz iyirmi üç manat, qırx doqquz qəpik) manat faiz borcu, 18,69 (on səkkiz manat, altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6587,64 (altı min beş yüz səksən yeddi manat, altmış dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,88 (səksən beş manat, səksən səkkiz qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar