Məhkəmə qərarları › İş №e-2(051)-2296/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2296/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2296/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı, vəkili Vəkil Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh onunla birgə nikahımızdan anadan olmuş uşağımız 27 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 07 iyun 2021-ciil tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirirlərək, həmin uşağın 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya işi ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun Cavabdeh tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1168/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahdan anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdehndаn tutularaq onun хеyrimə verilməsi qət edilmişdir. Uşaq azyaşlı olduğuna, keçən müddətdə böyüdüyündən qayğısı və tələbatı artdığından daim qulluğa ehtiyacı olduğuna görə heç bir yerdə işləyə bilmədiyindən həmin məbləğə uşağın və eləcə də özünün saxlanılmasında, yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında, vaxtlı-vaxtında müayinə və müalicə olunmasında müəyyən olunmuş alimentlə indiki zamanda onun və özünün tələbatınızın ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artdığından, yəni keçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh keçən müddətdə “Avtoyuma” sexində işlə təmin olunmasına və aylıq gəliri artmasına baxmayaraq hər ay 160 manatı fasilələrlə ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da o, uşağın saxlanılmasında üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, artırılmasına zərurət yaranmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, uşağa baxmağa imkanı çatmır. Cavabdeh tərəfindən aliment vaxtında ödənilsə də, məbləği azdır və tələbatını ödəmir. Odur ki, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili Vəkil da iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddiaya dair bildirdi ki, iddia tələbini qəbul etmir. Maddi vəziyyəti yaxşı deyil. Özü heç bir yerdə işləmir. O, təyin edilmiş alimenti vaxtı vaxtında ödəyir. O, həmçinin yenidən ailə qurmuşdur və bir uşağı vardır. Alimentin artırılması onun vəziyyətini daha da ağırlaşdırar. Məhkəmə iddia ərizəsini, iddiaçının, vəkilinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X7 adlı uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1168/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahdan anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdehndаn tutularaq İddiaçı хеyrinə verilməsi qət edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2020-ci il tarixdə X6 Xidmət Mərkəzində rəsmi nikah bağlanmış və həmin nikah 177 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Paşayeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X5 adlı uşağın atası Cavabdeh, anası X2r. İşdə olan xx.xx.2023-cü il tarixli X1 iştirak edilməməsi barədə Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müƏliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi miqdarda aliment tutulması üçün cavabdehin kifayət qədər gəlirə malik olması məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, həmçinin iddiaçı da bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin yenidən rəsmİ nikah qeyd etditməklə ailə qurması və həmin nikahdan bir uşağının olması müəyyən edilmişdir. Beləliklə Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1168/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X7 adlı uşağın saxlanması üçün hər ay 170 (bir yüz yetmiş ) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə məhkəməyə sübutlar təqdim olunmamışdır. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulmuş X1 iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2020-ci il tarixdə doğulmuş X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-1168/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 170 (bir yüz yetmiş) manat olmaqla sabit pul məbləği həddində müəyyən edilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar