Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2302/2024 20.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 2664.08 manat pulun, mediasiya xərci üçün 60 manatın Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Kamil Məmmədov məhkəməyə yazılı ərizə təqdim edərək, sənədlərə düzəliş olunaraq yenidən müraciət edilməsinə görə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1 və 170.2, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən on gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2302/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2302/2024
20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver