Məhkəmə qərarları › İş №e-2(051)-2322/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2322/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2322/2022 23.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Nümayəndə2 Cavabdeh1 iştirakı ilə İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat məbləğində pulun və ödənilmiş 31,45 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı təşkilat iddiasının onunla əsaslandırmışdır ki, BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 3000 manat kredit vermişdir. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh2 arasında eyni tarixli BPM**********14 saylı xx.xx.2020 tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh1 təşkilata BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsi üzrə 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsi üzrə 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat məbləğində pul və ödənilmiş 31,45 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hazır ki vaxtı borcu 560 manat qalıb. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 3000 manat kredit vermişdir. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh2 arasında eyni tarixli BPM**********14 saylı xx.xx.2020 tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh1 təşkilata BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsi üzrə 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat borcu yaranmışdır. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə digər Cavabdeh2 arasında bağlanmış BPM**********14 saylı xx.xx.2020 tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********14 saylı xx.xx.2020 tarixli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 BPM**********14 saylı xx.xx.2020 tarixli kredit müqaviləsi üzrə 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 24 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 3000 manat kredit vermişdir. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh2 arasında eyni tarixli BPM**********14 saylı xx.xx.2020 tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh1 təşkilata BPM**********14 saylı xx.xx.2020 saylı kredit müqaviləsi üzrə 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BPM**********14 saylı xx.xx.2020 tarixli kredit müqaviləsi üzrə 999,91 manat əsas kredit borcu, 104,33 manat faiz borcu olmaqla, cəmi 1104,24 manat məbləğində pul alınıb iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BPM**********14 saylı xx.xx.2020 tarixli kredit müqaviləsi üzrə 999,91 (doqquz yüz doxsan doqquz manat doxsan bir qəpik) manat əsas kredit borcu, 104,33 (bir yüz dörd manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1104,24 (min yüz dörd manat iyirmi dörd qəpik) manat məbləğində pul alınıb «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,45 (otuz bir manat qırx beş qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar